Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də "Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:
Babayeva Zərövşən Yaşar qızı
Məmmədova Ruqiyyə Hüseyn qızı − “Əməkdar müəllim” fəxri adı ilə;
İsmayılova Səkinə Hacı qızı – “Əməkdar həkim” fəxri adı ilə;
Rüstəmova Gülşad Qəzənfər qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Rüstəmova Süsən Elmixan qızı – “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə;
Hüseynova Rəna Sultan qızı
Muxtarova Fərqanə Yusif qızı
Nağıyeva Elnurə Adıgözəl qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".