• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1098
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5692
mod_vvisit_counterBu ay10696
mod_vvisit_counterÜmumi2951507

Tarix: 08 Yan., 2025

43 şagird Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsininqaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.

Təhsil naziri bildirib ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Muxtar respublika məktəblilərinin olimpiada hərəkatında daha fəal iştirak etmələri məqsədilə cari tədris ilində  muxtar respublika və respublika olimpiadaları ilə yanaşı beynəlxalq olimpiada və müsabiqələr də keçirilib.

Cari tədris ilində IX-XI sinif şagirdləri üçün “Məktəblilərin muxtar respublika fənn olimpiadaları”,  “Respublika fənn olimpiadaları”nın rayon (şəhər) və yarımfinal mərhələləri, II-X sinif şagirdləri üçün “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”,  VII-IX sinif şagirdləri üçün “Amerikan Riyaziyyat Müsabqəsi” keçirilmişdir. Növbəti aylarda isə “Respublika fənn olimpiadaları”nın final mərhələsi, V siniflər üçün “Lütfi Zadə adına Məktəblilərarası  Məntiq Olimpiadası”,  VI-VII siniflər üçün “Respublika fənn müsabiqəsi”, I-XI sinif şagirdləri üçün isə “SASMO” Beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, müsabiqə və  olimpiadaların keçirilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazır­lanmasına zəmin yaradılmasından ibarətdir.

Təhsil naziri Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin əhəmiyyətindən də danışaraq bildirib ki, müsabiqə hər il mərkəzi Fransa olmaqla  dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14 noyabr 2021-ci il tarixdə muxtar respublikada da  ilk dəfə olaraq Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilmişdir.. Müsabiqədə təhsil müəssisələrinin II-X siniflərində təhsil alan 2302 şagird riyaziyyat fənni üzrə öz biliklərini yoxlayıblar .

İştirakçıların diqqətinə çatdırılıb ki, Təşkilat Komitəsi tərəfindən müsabiqənin  nəticələri  qiymətləndirilmiş, muxtar respublika şagirdlərindən 43 nəfəri qaliblər sırasına daxil edilmişdir. Bunlardan 10-u I, 14-ü II, 19-u isə III yerin qalibləridir.

Rəhman Məmmədov  qalibləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov müsabiqənin əhəmiyətindən   danışıb.

Heydər Əliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi, 1-ci yerin qalibi Əyyub Rzayev, Naxçıvan şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi, 2-ci yerin qalibi  Nuray Cəfərli muxtar respublikada onlar üçün yaradılan müasir tədris  şəraitinə görə dövlətimizə minnətdarlıq ediblər.

Sonda müsabiqə qaliblərinə diplom və medallar  təqdim  olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg