AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Hüseynov Qorxmaz Mansur oğlunun elmi rəhbərliyi ilə Naxçıvan şəhər 1№-li tam orta məktəbin X sinif şagirdi Rəhimli Rəna Coşqun qızının “Hidrokimyəvi metodla CuSbS2 və Cu3SbS3 birləşmələrinin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin 10 fevral 2022-ci ildə təşkil etdiyi “Müasir elmi tədqiqatlar: aktual məsələlər, nailiyyətlər və yeniliklər ” Beynəlxalq elmi-praktik konfarınsına göndərilmiş və müsabiqədə I yerə layiq görülmüşdür.
Rəhimli Rəna Coşqun qızı I dərəcəli diplom, medal və sertifikatla təltif olunmuş, məqaləsi isə konfransın jurnalında dərc olunmuşdur. Naxçıvan şəhər 17№-li tam orta məktəbin X sinif şagirdi Abbaslı Tərlalə İlkin qızının “Hidrokimyəvi metodla AgNO3–As2S3–H2O sistemindən gümüş tioarsenitlərin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin 15 fevral 2022-ci ildə təşkil etdiyi “Fundamental və tətbiqi elmi tədqiqatlar” Beynəlxalq elmi-praktik konfarınsına göndərilmiş və müsabiqədə I yerə layiq görülmüşdür. Abbaslı Tərlalə İlkin qızı I dərəcəli diplom, medal və sertifikatla təltif olunmuş, məqaləsi isə konfransın jurnalında dərc olunmuşdur. Naxçıvan şəhər 15№-li tam orta məktəbin IX sinif şagirdi Mustafayeva Mehtab Sahil qızının “Hidrokimyəvi metodla AgNO3-Sb2S3-H2O sistemindən gümüş tiostibitlərin alınması” adlı məqaləsi Rusiyanın Penza şəhərində “Elm və Təhsil” Beynəlxalq Elmi Əməkdaşlıq Məzkəzinin 20 fevral 2022-ci ildə təşkil etdiyi “Aktual elmi araşdırmalar” Beynəlxalq elmi-praktik konfarınsına göndərilmiş və müsabiqədə I yerə layiq görülmüşdür. Mustafayeva Mehtab Sahil qızı I dərəcəli diplom, medal və sertifikatla təltif olunmuş, məqaləsi isə konfransın jurnalında dərc olunmuşdur. Hər üç şagird Moskva şəhərində təşkil olunmuş “Erudit onlayn” və “Bilik vaxtı” Kimya üzrə Beynəlxalq müsabiqələrində iştirak etmiş və I yerə çıxmışlar. Hər üç şagird müsabiqə heyəti tərəfindən qızıl medalla təltif olunmuşdur. Şagirdlərin elmi rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Hüseynov Qorxmaz Mansur oğluna hər üç Beynəlxalq konfransın və müsabiqənin redaksiya heyəti tərəfindən elmi-tədqiqat işlərinin hazırlanmasında rəhbərliyə görə “Diplom”, “Təşəkkürnamə” və qızıl medal göndərilmişdir.