Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd çoxəsirlik inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və musiqi mədəniyyətinin məktəblilər arasında təbliğidir. Həmçinin müsabiqənin təşkilində digər məqsəd də şagirdlərin milli ruhda tərbiyyə olunması, xususi istedada malik olan gənclərin aşkar edilməsi, onların qabliyyətlərinin inkişafı, milli adət və ənənələrin təbliğinə və azərbaycançılıq ideyalarına sadiq olan şagirdlərin yetişdirilməsi, şagirdlər arasında musiqi zövqünün formalaşdırılması, Azərbaycan milli musiqi və rəqs numunələrinin düzgün düzgün təbliğ edilməsi və yaşadılmasıdır.
Qeyd edək ki, müsabiqənin üç mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu ki, 1-ci mərhələ məktəbdaxili seçim turu və 2-ci şəhər (rayon) mərhələsi yekunlaşdırılıb. Mart 14-də isə Naxçıvan şəhərində muxtar mərhələsi keçirilib.
Müsabiqədə muxtar respublikanın ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak edib. Şagirdlər “Tənzərə”, “Söylə”, “Xələfi”, “Üçayaq” yallıları, “Sarı gəlin”, ”Qarabağ”, “Üzümçü”, “Qarabağ” rəqsləri, “Qarabağ nəğməsi”, “Qarabağ şikəstəsi”, ”Bayati Şirazi”, “Nəqşicahan” və digər milli musiqi və rəqs nömrələri ilə çıxış edib.
Sonda şagirdlər münsiflər heyyəti tərəfindən səhnə uyğunluğu və səhnə mədəniyyəti, jest və və mimikalardan istifadə bacarığı, mahnı və rəqslərin düzgün seçilməsi, aydın intonasiya və tələffüzün düzgün qurulması nəzərə alınaraq mahnı, rəqs və çağlı alətləri nominasiyaları üzrə qiymətləndirilib.
Qeyd edək ki, I, II və III yerlərin qalibləri müsabiqənin yekun tədbirində mükafatlandırılacaq.