• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1134
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5728
mod_vvisit_counterBu ay10732
mod_vvisit_counterÜmumi2951543

Tarix: 08 Yan., 2025

Təcrübəçi tələbələr “STEAM Tədris Mərkəzi” ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələrin martın 14-dən Heydər Əliyev adına tam orta məktəbdə yerləşən STEAM Tədris Mərkəzinə ekuskursiyasına start verilib

Ekskursiyada Naxçıvan Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədov   bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil müəssisələrində STEAM təhsilinin tətbiqi sahəsində işlər uğurla davam etdirilir.

Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 1-i orta ixtisas, 3-ü lisey, 1-i xüsusi tipli internat, 3-ü məktəbdənkənar, 45-i isə ümumtəhsil məktəbləri olmaqla 53 təhsil müəssisəsində STEAM kabinəsi, o cümlədən Heydər Əliyev adına tam orta məktəbdə “STEAM Tədris Mərkəzi” yaradılıb. Mərkəz və kabinələr müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, kompüter, 3D printer, öyrədici STEAM qurğuları, elektron komponentlər, dəftərxana ləvazimatları və təlim dəstləri ilə təmin olunub, dərsliklər və tədris proqramları nəşr edilib. STEAM təhsilinin tətbiqi sahəsində işlərin davamı olaraq Naxçıvan Müəllimlər İnstitutunda və “Naxçıvan” Universitetində STEAM kabinəsi yaradılıb. Beləliklə, 2-si ali, 1-i orta ixtisas, 53-ü isə ümumtəhsil məktəbləri olmaqla, ümumilikdə muxtar respublikanın təhsil müəssisələrində STEAM kabinələrinin sayı 56-ya çatdırılıb. Hazırda Təhsil Nazirliyi tərəfindən III layihə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması başa çatmaq üzrədir. Beləliklə, 2022-ci ildən etibarən 103 ümumtəhsil məktəbində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaq.

Qeyd olunub ki, hazırda Naxçıvan Şəhərində STEAM tədris mərkəzi üçün yeni bina  da inşa olunur.

Təcrübəçi tələbələrin diqqətinə çatdırılıb ki, ötən müddət ərzində STEAM təhsil metodunun tətbiqi, xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması ilə bağlı işlər də  davam etdirilib. “Robot layihələri” kitabı 500 nüsxə nəşr edilərək bütün ümumtəhsil məktəblərinə və Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə təqdim olunub.

Təcrübəçi tələbələr STEAM Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, martın 16-dək davam edəcək ekuskursiyada “Naxçıvan” Univeristetinin, Naxçıvan Dövlət Univeristetinin və Naxçıvan Müəllimlər İnstitunun təcrübəçi tələbələri iştirak edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg