• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1165
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5759
mod_vvisit_counterBu ay10763
mod_vvisit_counterÜmumi2951574

Tarix: 08 Yan., 2025

“Qapalı debütlər haqqında məlumat” mövzusunda növbəti interaktiv dərs keçirilib

16 mart 2022-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Qapalı  debütlər haqqında məlumat” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Emin Hacıyev “Qapalı debütlər” haqqında ətraflı məlumat verərək bildirib ki, qapalı debütlər əsasən ağların 1.d4 və 1.c4 gedişləri ilə yaranır. Vəzir qambiti, Yeni hind müdafiəsi, Qədim hind müdafiəsi, Nimçoviç müdafiəsi kimi bir sıra çox oynanılan debütlər qapalı debütlərə aiddir.

Bildirilib ki, dərs zamanı baxılan bir neçə qapalı debütdə hər iki tərəf əsasən öz ərazisində plan qurur, gedişlərin mənasını başa düşmək elə də asan olmur. Güclü şahmatçılar daha çox belə debütlərdən istifadə edir. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir.

İnteraktiv dərsdə qapalı debütlərə aid oyunlar da təhlil olunub.

Qeyd edək ki, interaktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib.

Saat 1500-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə  beynlxalq usta Fikrət Sideifzadə vəzir qambiti haqqında məlumat verib. Dərsdə  debütə aid oyunlar  nümayiş olunub, oyunların  təhlili aparılıb.

İnteraktiv dərs­ zamanı şahmatçıları maraqlandıran suallar da cavablandırılıb.

İnteraktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg