16 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl biologiya müəllimlərinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun professor və müəllim heyətinin, Biologiya ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə VII, X sinif Biologiya dərsliklərinin müzakirəsi keçirilib. Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası diqqətdə saxlanılır.
Qeyd olunub ki, verilən tapşırıqların icrasının təmin olunması məqsədilə “Sabahın müəllimi” layihəsi çərçivəsində Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl biologiya müəllimlərinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitunun rofessor və müəllim heyətinin iştirakı ilə keçirilir. Kitab müzakirəsi VII, X sinfin Biologiya dərsliklərinə həsr olunub. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da VII və X sinif Biologiya dərsliklərinin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Çıxışlardan sonra dərsiklərin məzmunu, dil və yazı üslubu, dizaynı, bədii tərtibatı, müəllimlər üçün metodiki vəsaitlərə uyğunluğu ilə bağlı müzakrələr aparılıb. Müzakirədə iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların da olduğunu da diqqətə çatdırıblar.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.