Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan qrafikə uyğun olaraq martın 17-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib.
İnteraktiv dərsdə STEAM təlimçisi Elmin Əsgərov “Arduino ilə müxtəlif layihələrin hazırlanması” ilə bağlı şagirdlərə ətraflı məlumat verib.
Bildirib ki, Arduino texnologiyası ona daxil olan LED, servolar, düymələr və idarə olunmasına əsasən bir mikroprosessor, giriş və ya çıxış sancaqları olan açıq mənbəli bir elektron kartdır. Panel ümumiyyətlə USB və ya xarici bir təchizatı ilə işləyir ki, bu da digər avadanlıq və sensorlara güc verməyə imkan verir. Arduino ilə bütün elektron alətlərə qoşulub, onları idarə etmək mümkündür və şagirdlər Arduino ilə öz istədikləri texnologiyaları hazırlaya bilərlər.
İnteraktiv dərsdə Arduino ilə müxtəlif layihələrin hazırlanması qaydası şagirdlərə əyani surətdə izah olunub.
İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 50-dən çox təhsil müəssisəsində izlənilib.