Martın 17-də Türkiyənin Trabzon şəhər Mahmud Cəlaləddin Öktən Anadolu İmam Hatip Liseyinin müəllim və şagirdləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılıb, 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bildirilib ki, Heydər Əliyev adına tam orta məktəb üçün də 2004-cü ildə müasir üslubda bina inşa olunub, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təhciz olunub. Məktəbdə 60 sinif otağı, 5 elektron lövhəli sinif, komputer otağı, kimya, biologiya və fizika laborotoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və idman zalı vardır. Məktəbin komputer otaqlarında 57 komputer dəsti quraşdırılıb. Hazırda məktəbdə 1000–dən artıq şagird təhsil alır ki, onların təlim tərbiyyəsi ilə 100 müəllim məşğul olur. 2020-2021-ci tədris ilində məktəbin 76 məzunundan 59-u ali məktəblərə qəbul olunub.
STEAM Tədris Mərkəzində olan qonaqların diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb.Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər,tədris proqramları çap olunur. Ötən il Heydər Əliyev adına tam orta məktəbdə də STEAM Tədris Mərkəzi yaradılıb.
Qonaqlar məktəbdən xoş təəssüratlarla ayrılıb.