• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1162
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5756
mod_vvisit_counterBu ay10760
mod_vvisit_counterÜmumi2951571

Tarix: 08 Yan., 2025

Mən atamla fəxr edirəm!

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı muxtar republikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən  “Gənc istedadlar” müsabiqəsində nəsr əsərləri üzrə I yerin qalibi, Naxçıvan Qarnizonu Tam orta məktəbinin VI sinif şagirdi Fərhadlı Furqan Səid oğlu vətən müharibəsi iştirakçısı atası haqqında  müsabiqəyə maraqlı   yazı işi təqdim edib
Mən atamla fəxr edirəm!
2020-ci il sentyabrın 27-si hamının üzündə nigarançılıq, narahatçılıq var idi. Çünki müharibə başlamışdı. Xalqımızın haqq savaşı, illərdir erməni tapdağında inləyən vətən torpağı azadlığın astanasına gəlmişdi. Mən və dostlarım qəribə bir sevinc hiss edirdik, bəlkə də uşaq olduğumuz üçün “müharibə” kəlməsinin fərqinə varmırdıq. Müharibə filmlərdə gördüyümüz səhnələr idi. Hamımız hərbiçi övladı idik, hamımız istəyirdik ki, atamız döyüşə getsin və qəhraman olsun. Günlər keçir, müharibə alovlanır, ordumuz erməniləri əzərək ard-ardına torpaqlarımızı azad edirdi. Cəbhədən həm sevinc dolu, həm də kədər dolu xəbərlər gəlirdi. Şəhid xəbərləri hamını dərindən sarsıdırdı. Atam yorğun və fikirli, anam isə daima gözlü yaşlı idi. Anam, müəllimlərim hər şəhid xəbəri eşitdikcə ağlayır, ah çəkirdilər. Biz daha əvvəlki kimi sevincli deyildik. “Müharibə” sözünün mənasını anlamağa başlayırdıq. Atam xüsusi təyinatlı hərbiçi idi, yoldaşları ilə birgə döyüşə getmək üçün əmr gözləyirdi. Nəhayət həmin gün gəldi. Atamla birgə həm qonşumuz, həmdə yaxın ailə dostumuz Anar əmimdə döyüşə getməyə hazrlaşırdılar. Atam bu xəbəri bizə deyəndə hiss etdiklərimi dilə gətirə bilmərəm. Atamgilin hazırlığı bir neçə gün çəkdi.Məktəbdə idim, zəng vuruldu. Müəllim yenicə dərsə başlamışdı ki, qapı döyüldü. Atamın məni məktəb həyətində gözlədiyini söylədilər. Cəld sinif otağını tərk edib, iri addımlarla məktəbin həyətinə doğru yollandım. Həyətə çıxanda gördüm ki, atam vidalaşmağa gəlib. Atama elə sarıldım ki, buraxmaq istəmirdim, onu müharibə adlı vəhşinin əlinə verməyə qorxurdum. Atam isə hey qulağıma pıçıldayırdı: Canavarım, ağlama evin kişisi artıq sənsən, bacın və anan sənə əmanətdir, güclü ol, sənə inanıram. Hönkürmək istəyirdim ama atam pis olmasın deyə dözürdüm. Çiynində ağır döyüş çantası gedən atamın arxasınca baxa bilmədim, uşaq olsamda başa düşürdüm ki, bu gedişin dönüşü olmaya bilər. Sinfə necə girdiyimi xatırlamıram. Müəllim halımın pis olduğunu görüb nə olduğunu soruşdu. Artıq özümü saxlaya bilmədim, qəhərdən boğulurdum, hönkürtü ilə ağladım. Hamı başıma yığışdı, mənə təsəlli verirdilər “darıxma” qayıdacaq deyirdilər.
Günlər, saatlar çox ağır keçirdi. İçim-içimi yeyirdi, ağlıma qorxunc fikirlər gəlirdi, amma anam üçün, bacım üçün özümü şən göstərirdim.  11 yaşım olmasına baxmayaraq mən hərşeyi dərk edirdim. Anamın qəmli baxışları, tez-tez ah çəkməsi gözümdən qaçmırdı.
Müharibə isə lap şiddətlənmişdir. Atam ara-sıra bizimlə danışır, hərşeyin əla olduğunu deyirdi. Onun ruh yüksəkliyi bizi daha da sevindirirdi. ətrafımdakı hərkəs mənə dayaq olur, hərşey yaxşı olacaq deyirdilər. Məktəbdə müəllimlər başımı sığallayır, tez-tez atamı soruşurdular.
Torpaqlarımız bir bir alınır, Ali Baş Komandanımız  televizorda elan verəndə, sevincdən əl çalır “ura” deyə qışqırırdıq. Amma dərhal da torpaqlar üçün can verən əsgərlərimizi düşünüb kədərlənirdik. Hərgün şəhid xəbərləri, Naxçıvana gələn şəhid karvanı...
İki gün idi atamdan xəbər yox idi, çox narahat idik. Məktəbdə hamının mənə şübhəli baxdığını hiss etdim, sən demə atam yaralanıbmış. Bizə demək istəmirdilər. Evdə anamla hər an zəng gözləyirdik, zəng gəldi...
Atamın səsini eşidəndə sevincdən ağladım, yüngül yaralanmışdır. Müalicə alıb döyüşə qayıtmışdı. Sevincimiz uzun sürmədi. Uşaqlıq dostum Əlinin atası Anar əmidə atamla birgə vuruşurdu.
Zəngilanın azad olunma xəbərini televizordan Ali Baş Komandana məruzə edərkən necə qürur duymuşduq. Bir neçə gün sonra isə onun şəhid xəbəri gəldi. Biz onlarla qonşu idik, xəbəri ailəsindən gizlədirdilər. əlinin üzünə baxa bilmirdim, anası evdə çox pis vəziyyətdə idi. Onlara yaralı xəbəri vermişdilər, həqiqəti heçkəs deməyə cürət etmirdi. Anam gizli-gizli ağlayır, xəbərin doğruluğunu qəbul edə bilmirdi. Ətrafdakı hərkəs bu cəsur döyüşcü üçün ağlayırdı. Mən Əlinin başını qatmağa çalışırdım. O da atasının çox güclü olduğunu, tezliklə zəng edəcəyini söyləyirdi. Amma etmədi...
Bütün hərbi şəhərcik onları göz yaşı ilə Bakı şəhərinə yola saldılar. Bakıda Anar əmi Fəxri xiyabanıda dəfn olundu.
Müharibə isə davam edir, şanlı ordumuz Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını mənfur düşməndən azad etmişdir. Atam fürsət tapdıqca zəng edirdi.
Məktəbdə “Əsgərə məktub” adı altında şagirdlər məktub yazırdılar. Bu məktublar birbaşa cəbhəyə gedirdi. Mən stol arxasında əyləşib bütün hiss etdiklərimi yazdım. Atam haqqında yazmışdım, bəlkə atam oxudu.
Şuşa uğrunda qızğın döyüşlər gedirdi. Bildirim ki, atamda orada döyüşür. Şuşanın azad olma xəbərini eşitdik. Bütün xalqımız sevincdən bayram edirdi. Nəhayət müharibə başa çatdı. Sevincimizin həddi-hüdudu yox idi. Atam sağ qayıdacaqdı. Müharibədən sonra da atam uzun müddət qayıtmadı. Get-gedə çox darıxırdım, səbirsizliklə onun yolunu gözləyirdim. Dekabrda atam gəldi, sevincimi təsvir etməyə söz tapa bilmədim. Atamı öpməkdən doya bilmirdim, bəzən mənə elə gəlirdi ki, bu bir yuxudur. Atama müharibə barədə çoxlu suallar verir, cavabını isə diqqətlə dinləyirdim. Müharibədən çoxlu əhvalatlar danışırdı. Atam danışdıqca qürurla, sevinclə gözümü ona dikirdim, heç susmasını istəmirdim. Atam mənim qəhramanım idi, nəinki mənim xalqın qəhramanına çevrilmişdir. Müharibədə iştirakına görə bir neçə medala laiq görülmüşdü, heyrətlə bu medallara baxır, gözümü ayıra bilmirdim. Atam nəinki döyüşmüşdü, həmdə bir çox yaralı yoldaşlarını ölümdən xilas etmişdir. Hətta bir yaralı döyüşçü varmış ki, artıq hərkəs onun şəhid olacağını düşünsədə, atam onu həkimlərə çatdırıb həyatını xilas etmişdir. Hal-hazırda Leytenant Əhmədov Elgün əmi sağalıb və atamla möhkəm dostluq edir.
Bəli, atam müharibə qəhramanı, veteran polkovnik-leytenant Səid Əhmədovdur!
Mən atamla fəxr edirəm!





 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg