• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1102
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5696
mod_vvisit_counterBu ay10700
mod_vvisit_counterÜmumi2951511

Tarix: 08 Yan., 2025

Təcrübəçi tələbələrin innovativ dərnəklərə növbəti ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərində təcrübə keçən tələbələrin martın 28-dən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki innovativ dərnəklərə  növbəti ekskursiyası təşkil olunub.
Ekskursiyada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı ilə pedaqoji profilli ixtisaslar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilib. Sərəncama uyğun olaraq  müəllim kadrların hazırlanması üçün  ali təhsil müəssisələri ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında sıx əlaqələr yaradılıb.
Qeyd olunub ki, bu günkü ekskursiyada da məqsəd innovativ dərnəklər haqqında gələcəyin müəllimlərinə ətraflı  məlumat vermək, onların bu sahə üzrə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Rasim Rüstəmov təcrübəçi tələbələrə  mərkəzdə yeni yaradılan innovativ dərnəklər haqqında  ətraflı məlumat verib. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 14 adda yeni innovativ dərnəklər yaradılıb. Uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.
Tələbələr mərkəzdə yaradılan  Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu innovativ dərnəkləri ilə yaxından tanış olublar.
Qeyd edək ki, martın 30-dək davam edəcək ekuskursiyada Naxçıvan Dövlət Univeristeti, “Naxçıvan” Univeristeti və Naxçıvan Müəllimlər İnstitunun təcrübəçi tələbələri iştirak edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg