• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1131
mod_vvisit_counterDünən3959
mod_vvisit_counterBu həftə5725
mod_vvisit_counterBu ay10729
mod_vvisit_counterÜmumi2951540

Tarix: 08 Yan., 2025

STEAM kabinələrinə və “Texniki Servis Mərkəzi” MMC-yə alınan avadanlıqların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən martın 29-da təhsil müəssisələrinin  STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınan yeni  avadanlıqların təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi  qurulur. Təhsil naziri  STEAM dərslərinin tədris edilməsi üçün müəllim-mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlərdən  də danışaraq bildirib ki, ötən tədris ilində yerli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, eləcə də beynəlxalq təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 325-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilmiş, STEAM təhsil metodunun tətbiqi üçün STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanmışdır.
Təhsil naziri bildirib ki, bugünədək 56 təhsil   müəssisəsində   STEAM  kabinələri  yaradılmışdır. Əlavə 50 ümumtəhsil məktəbində isə  STEAM kabinələrinin yaradılması istiqamətində işlər yekunlaşır.Rəhman Məmmədov bildirib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, həmin məktəblərin STEAM kabinələri üçün yeni avadanlıqlar alınıb. Bu STEAM avadanlıqları təhsil müəssisələrində STEAM təhsil metodunun  yüksək səviyyədə tətbiqinə geniş imkanlar açacaqdır. Bu layihənin  icrası ümumtəhsil məktəblərində 22 mindən çox şagirdin  STEAM təhsilindənyararlanmasına şərait yaradacıqdır.
Təhsil naziri STEAM kabinələrinin  imkanlarından düzgün istifadə olunmasının, texnologiya dərslərinin STEAM kabinələrində tədrisinin  diqqətdə saxlanılmasının, dərsləri tədris edən müəllimlərin mütəmadi olaraq öz üzərində işləmələrinin zəruriliyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrinin müasir texniki avadanlıqlarla təhcizatı da diqqətdə saxlanılır. Elə bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində təsis edilmiş “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə də ümumtəhsil  məktəblərindəki elektron lövhə  və komputerlərə texniki dəstək  göstərmək məqsədilə yeni avadanlıqlar alınıb.
Rəhman Məmmədov təhsilə göstərdiyi   qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra təhsil müəssisələrinin STEAM kabinələri və “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün alınmış avadanlıqlara baxış olub.
Təhsil Nazirliyinin Tədris-İnnovasiya  sektorunun müdiri  Murad Babayev məlumat verib ki,  STEAM kabinələri müasir dizaynda mebel avadanlıqları və elektron lövhə ilə təchiz olunub. Bu gün isə həmin kabinələr üçün  50 ədəd 3D printer, 100 ədəd 3D çap materialı, 600-dən çox arduino proqramlama inkişafı və  layihədəsti,  50 ədəd grove alfa inkişaf dəsti, 250 ədəd günəş paneli,  250 ədəd mikrobit dəsti, 300 ədəd servo mühərrik, 100 ədəd 3D qələm, 50 ədəd elektron dövriyyə dəsti, 62 ədəd müxtəlif funksiyalı robot dəstləri, layihələrin hazırlanmasında istifadə olunacaq 2000-dən çox elektron komponent və digər STEAM qurğuları alınıb. Həmçinin 50 dəst emalatxana alətləri, layihələrin hazırlanması üçün xammal və tədris üçün lazımi materiallar da alınmışdır. STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə təminatı da diqqətdə saxlanılıb, yeni yaradılan 50 STEAM kabinəsi “Robotexnika”, “Arduino tətbiqetmə kitabı”, “Robot layihələri”, “Robotexnikanın əsasları”, “İncəsənət: 3D modelləşdirmə”, “Mühəndislik: mikrobit layihələri” kitabları ilə təmin olunub.
Eyni zamanda təhsil müəssisələrinin  texniki avadanlıqlarla təminatı məqsədilə “Texniki Servis Mərkəzi” MMC-yə 8 ədəd notebook, 70 ədəd proyektor, 84 ədəd VGA, 24 ədəd USB printer və 10 internet kabeli, 10 ədəd HDMI kabeli, 42 ədəd CHİP,  29 ədəd lampa, 10 ədəd ram, 10 ədəd klaviatura, 5 ədəd batereya, 5 ədəd SD kart, 7 ədəd ana kart, 2 ədəd monitor,  12 ədəd elektron lövhə qələmi, 5 ədəd qulaqcıq, 10 ədəd HDMI converter, 10 ədəd VGA artırıcı, 10 ədəd mause və s. digər kompüter hissələri və Mərkəzə isə lehim və qaynaq aparatları, mikroskop, lupa eynəklər, dijital multimetrə, lehim sökmə pompası, HDD-DVD oxuducu və digər qurğular təhvil verilib.
Nazir alınan yeni avadanlıqlardan səmərəli istifadə olunması  ilə bağlı  tapşırıq verib.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg