Martın 30-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”nin yekun tədbiri keçirilib.Tədbirə müsabiqənin qalibləri ilə yanaşı Naxçıvan Şəhər ümumtəhsil məktəblərində təcrübə keçən Təsviri-incəsənət ixtisasının tələbələri də dəvət olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğısı sayəsində bu sahənin inkişafı daha da sürətlənir, muxtar respublikada müasir dövrün tələblərinə uyğun bacarığa malik gənc nəsil yetişir. Bu gün Naxçıvanda formalaşan gəncliyin öz istedad və bacarığını nümayiş etdirməsi, bilik və bacarığını daha da möhkəmləndirməsi üçün məktəbdənkənar təhsil müəsisələrində inovativ dərnəklər yaradılıb.
Təhsil naziri bildirib ki, yaradılan şəraitdən səmərəli istifadə olunaraq yaradıcı təfəkkürü və xüsusi istedadı ilə seçilən şagirdlərin üzə çıxarılması istiqamətində bir sıra müxtəlif tədbirlər, müsabiqələr və layihələr təşkil edilir. Şagirdlərin maraq və bacarıqlarını, intellektual səviyyə və yaradıcı qabiliyyətlərini aşkarlamaq, onların fərdi potensiallarını inkişaf etdirmək məqsədilə təşkil edilən “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” də muxtar respublikada xüsusi qabiliyyəti ilə seçilən məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır.
Nazir bildirib ki,təsviri və dekorativ-tətbiqi sənət qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Təhsil Nazirliyi və Rəssamlar Birliyi tərəfindən keçirilən müsabiqə qədim sənət növlərinin müasir dövrdə inkişafına, muxtar respublikada gedən yaradıcılıq proseslərinin, qazanılan uğurların şagirdlər arasında geniş təbliğinə, eləcə də istedadlı şagirdlərin bacarıqlarını inkişaf etdirmələrinə öz töhfəsini verir. 2019-2020-ci tədris ilindən keçirilən “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul oldu. Belə müsabiqələrin təşkili istedadlı şagirdlərin üzə çıxarılması baxımından xususi əhəmiyətə malikdir.
Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikanın bütün məktəblərini əhatə edən müsabiqədə 505 şagirdin müxtəlif mövzularda - rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və digər mövzularda 1812 əl işi nümayiş olunub. Şagirdlərin təqdim etdikləri sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi və təsviri sənət əsərləri az deyil.
Vurğulanıb ki, müsabiqə yaradıcı düşüncəli yeniyetmələrin fəaliyyətlərinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən illərlə müqayisədə müsabiqələrdə şagirdlər daha fəal iştirak edir və bu sənət növlərinə xüsusi maraq göstərilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək belə müsabiqələrin, ümumilikdə, qeyri-adi istedada malik yeniyetmə və gənclərin qabiliyyətlərinin düzgün istiqamətləndirilməsi, muxtar respublikada təsviri incəsənətin, xalq yaradıcılığının inkişafı baxımından əhəmiyyətindən danışıb.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov və mərkəzin dərnək üzvü, müsabiqənin təsviri sənət üzrə I yerin qalibi Nərmin Ələkbərova çıxış edərək muxtar respublikada şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün görülən işlərdən bəhs edib, bu sahəyə göstərilən qayğıya görə dövlətimizə minnətarlıq ediblər.
Sonra müsabiqənin şərtlərinə uyğun olaraq yekun mərhələdə təsviri və dekorativ-tətbiqi sənətin hər biri üzrə bir I, iki II, üç III və altı həvəsləndirici yer olmaqla, ümumilikdə 22 şagird təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
Sonda müsabiqəyə təqdim edilən əl işlərindən ibarət sərgiyə baxış olub.
Qeyd edək ki, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”ndə şagirdlərə öz potensiallarını nümayiş etdirmələri üçün “Naxçıvan: dünən və bu gün”, “Naxçıvan abidələri”, “Müasir Naxçıvan”, “Muxtar respublikamızın füsunkar təbiətinin təsviri” və “Milli-mənəvi dəyərlərimiz və adət-ənənələrimizin təsviri” mövzuları təqdim edilmişdir. 3 mərhələdə təşkil edilən müsabiqənin I mərhələsi - məktəbdaxili seçim mərhələsi 10-14 yanvar 2022-ci il tarixlərində, II mərhələ - şəhər (rayon) mərhələsi 8-16 fevral 2022-ci il tarixlərdə, III mərhələ - muxtar respublika mərhələsi isə 29 mart 2022-ci il tarixdə keçirilib. Müsabiqənin muxtar respublika mərhələsində seçilən əl işləri yekun sərgidə nümayiş olunub. Sərgilənən yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, təkrarçılığın olmaması, yaradıcı iş, orijinallıq, keyfiyyət, aktuallıq, kompozisiyanın tamlığı və digər meyarlara görə qiymətləndirilib.