Aprelin 1-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Bu xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirilib və qanvermə aksiyasında iştirakı təmin edilib.
Aksiyada 31 nəfərdən 15.5 litr qan tədarük edilib.
Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.