Aprelin 2-də Lütfi Zadə adına məntiq olimpiadasının muxtar respublika məktəbliləri arasında rayon (şəhər) mərhələsi keçirilib.
Olimpiada Naxçıvan şəhərində 17, Şərur rayonunda 1, Babək rayonunda 2,Ordubad rayonunda 1, Culfa rayonunda 2, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbi, Şahbuz rayonunda 1, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərində keçirilib. Olimpiadada Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri iştirak edib. Olimpiadada şagirdlərə Riyaziyyat fənni üzrə 30 sual təqdim olunub, onlara 120 dəqiqə vaxt ayrılıb.
Olimpiada qaydalarına əsasən 4 səhv cavab 1 düzgün cavabı aparır.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadasının keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, onların məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxararaq həvəsləndirməkdən ibarətdir.
Olimpiadanın nəticələri 11.04.2022-ci il tarixindən etibarən www.olimpiada.edu.az və www.portal.edu.az saytlarında elan olunacaq.