• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün64
mod_vvisit_counterDünən2947
mod_vvisit_counterBu həftə7653
mod_vvisit_counterBu ay3714
mod_vvisit_counterÜmumi2520530

Tarix: 03 May, 2024

Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edildi

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Bu məqsədlə aprelin 4-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilmişdir.
Nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Ümumtəhsil məktəblərinin kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
Bildirilmişdir ki, yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir.
Qeyd olunmuşdur ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrinin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bunun üçün şagirdlərlə məqsədyönlü maarifləndirmə işlərinin aparılmasına, “Oxunması zəruri olan kitablar”ın mütaliəsinə, şagirdlərdə oxu vərdişlərinin yaradılmasına diqqət artırılmalı, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlərə mütaliə mədəniyyətini, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığını aşılamalıdırlar.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri bildirmişdir ki, təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı”ı elan edilir. Bu ay  çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçiriləcəkdir. Həmçinin ay daxilində, şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək, “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans, ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün kurs təşkil ediləcək, kitab bağışlama aksiyası, kitab müzakirələri,  görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər, yazıçı və şairlərlə şagirdlərin görüşü və muxtəlif müsabiqələr  keçiriləcəkdir.
Sonra tədbirdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbinin direktoru  Asudə Məmmədova  “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin  kitabxana müdiri Tükəz Əliyeva “Şagirdlər arasında mütaliyəyə marağın yaradılmasında məktəb kitabxanasının rolu”, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin Azırbaycan dili və ədəbiyyat müəllimi Ramiyə Abbasova “Oxunması zəruri olan kitablar”in mütaliə mədəniyyətinin formalaşması mövzusunda  çıxış edib, muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg