8 aprel 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin qabaqcıl tarix müəllimləri, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyətini, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində pedoqoji təcrübə keçən tarix ixtisasının tələbələrinin iştirakı ilə VII və X sinif Tarix dərsliklərinin müzakirəsi keçirilib.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə" keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilən tapşırıqların icrası diqqətdə saxlanılır.
Verilən tapşırıqların icrasının təmin olunması məqsədilə “Sabahın müəllimi” layihəsi çərçivəsində Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir.
Kitab müzakirəsi VII və X sinif Tarix dərsliklərinə həsr olunub. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da dərsliklərin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Müzakirədə iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların da olduğunu da diqqətə çatdırıblar.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.