• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün455
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5564
mod_vvisit_counterBu ay19332
mod_vvisit_counterÜmumi2536148

Tarix: 17 May, 2024

Məktəblilər arasında “3D Bacarıqlar” və “Labirint robot” müsabiqəsi keçirilib

Aprelin 12-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və "Naxçıvan" Universitetinin birgə təşkilatçılığı ilə univeristetin idman zalında muxtar respublika məktəbliləri arasında STEAM layihələrindən ibarət növbəti “3D Bacarıqlar” və “Labirint robot” müsabiqəsi keçirilib.
Şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarını təkmilləşdirmək, alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələrində   şəhər  və  rayon  məktəblərinin VI-XI sinifləri üzrə 102 komanda olmaqla, ümumilikdə 200-dən artıq şagird iştirak edib. Müsabiqədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb.
Bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur, bugünədək 106 təhsil   müəssisəsində   STEAM  kabinələri  yaradılmışdır. Hazırda növbəti 50 təhsil müəssiəsində STEAM kabinələrinin yaradılması  istiqamətində işlər davam etdirilir.Qeyd olunub ki, yaradılan STEAM kabinələrinin imkanlarından istifadə olunaraq şagirdlərin müxtəlif STEAM layihələri əsasında iyun ayında keçiriləcək “STEAM təhsil festivalı”na hazırlıq işlərinə başlanılmışdır. Təhsil naziri  STEAM dərslərinin tədris edilməsi üçün müəllim-mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlərdən  də danışaraq bildirib ki, ötən tədris ilində yerli və beynəlxalq təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 325-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilmiş, STEAM təhsil metodunun tətbiqi üçün STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanmışdır. Bildirilib ki, görülən işlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən  şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərslər təşkil olunur. Muxtar Respublika məktəblilərinin iştirakı ilə hər ay STEAM layihələri əsasında müxtəlif kateqoriyalar üzrə müsabiqələr keçirilir. Bu müsabiqələr şagirdlərin mühəndislik, proqramlaşdırma, texnoloji biliklərinin və bacarıqlarının formalaşdırılmasında xüsusi rol oynayır.
Rəhman Məmmədov STEAM təhsilinin əhəmiyyətindən danışaraq bildirib ki, hədəf şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək, əldə olunan biliklər vasitəsilə layihələr hazırlamaq və fənləri daha dərindən mənimsədilməsinə nail olmaqdır. Artıq şagidlərimiz yaradılan imkanlardan səmərəli istifadə edərək muxtar respublika və ölkə səviyyəli yarışlarda öz layihələri ilə iştirak edir və uğurlu nəticələr qazanırlar. Hazırda VII sinif şagirdlərindən ibarət komandalarımız may ayında Bakı şəhərində keçiriləcək “Teknofest-2022” festivalında iştirak üçün hazırladıqları layihələrlə qeydiyyatdan keçiblər.
Təhsil naziri iştirakçıların diqqətinə çatdırıb ki, 2021-2022-ci  tədris ilində STEAM təhsili metodu ilə bu günədək “Robotunu yarat”, “Xətt izləyən robot”,  “Mancanaq robot”, “Sosial texnologiyalar” və “Lego Sumo” müsabiqələri  keçirilib. Bu gün isə  2 müsabiqə - “3D Bacarıqlar” və “Labirint robot”  müsabiqələri keçirilir. Nazir bu müsabiqələrin əhəmiyyətindən də danışaraq bildirib ki, təşkil edilən müsabiqələr şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaqla yanaşı, iyun ayında keçiriləcək “STEAM təhsil festival”ına hazırlıq məqsədi  daşıyır.
Təhsil naziri keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
"Naxçıvan" Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, yeniyetmə və gənclərin dövrün tələblərinə uyğun təhsil almaları və müasir texnologiyanı tam mənimsəmələri məqsədilə yeni təhsil metodları tətbiq edilir. Bunlardan biri də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və dünya təhsil sistemində əsaslı yer tutan STEAM təhsil metodudur. STEAM haqqında ətraflı məlumat verən rektor vurğulayıb ki, təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə “Naxçıvan” Universitetində 2021 -ci ilin oktyabr ayında  "Robotexnika və STEAM kabinəsi"  yaradılıb. Bununla  yanaşı, STEAM təlimləri çərçivəsində universitetin "Riyaziyyat və informatika" kafedrasının iki əməkdaşı Ankarada yerləşən Orta Doğu Texniki Universitetinə təşkil olunan işgüzar səfərdə iştirak edib, sertifikata layiq görülüblər. Həmçinin STEAM təhsilinin tədrisi məqsədilə peşəkar müəllimlər tərəfindən keçirilən təlimlərdə tələbələrin  iştirakı üçün də hər cür şərait yaradılıb.
Sonra “3D Bacarıqlar” müsabiqəsi üzrə şagirdlərin hazırladıqları layihələrlə baxış olub. Şagirdlər komanda şəkilində hazırladıqları layihələri təqdim ediblər.
Qeyd edək ki, müsabiqədə muxtar respublikanın ümumtəhsil müəsisələrindən 3D Bacarıqlar üzrə 50, Labirint robot üzrə  isə 52 komanda iştirak edib. 3D Bacarıqlar üzrə 100 şagirdin 80 layihəsi, Labirint robot üzrə isə 52 şagirdin 60 Labirint robotu nümayiş olunub.
Təqdimatlardan sonra “Labirint robot” müsabiqəsinə start verilib.
Şagirdlər labirint sahəsi üzərində  Labirint robotlarını yarışdırıb. Müsabiqədə robotlar avtonom şəkildə uzaqdan idarəetmə ilə təmin edilib. Robotların sırası püşkatma yolu ilə müəyyən edilib. Hər yarış üçün 3 dəqiqə vaxt verilib. Labirint robotlar başlanğıc nöqtəsindən başlayaraq, son nöqtədə yarışı tamamlayıb. Yolu maneəsiz və ən qısa vaxt ərzində tamamlayan robotlar qalib olub.
Yarışın idarəolunması, qiymətləndirilməsi və qaliblərin seçilməsi üçün koordinatorlardan ibarət münsiflər heyəti yaradılıb.
Yarışın nəticələrinə əsasən “3D Bacarıqlar”  müsabiqəsində 1-ci yerə Culfa rayon Texniki Yaradıcılıq Mərkəzi, 2-ci yerlərə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbi və Naxçıvan Şəhər  17 nömrəli tam orta məktəbi, 3-cü yerlərə isə Naxçıvan şəhər 12,14 və 16 nömrəli tam orta məktəbləri  layiq görülüblər.
“Labirint robot” müsabiqəsində isə  Şahbuz şəhər 1 nömrəli tam orta məktəb 1-ci yerin,  Naxçıvan şəhər 12 nömrəli, Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzi 2-ci yerlərin, Culfa şəhər  2 nömrəli, Ordubad  rayonunun Nüsnüs kənd tam orta məktəbi və Naxçıvan Qarnizonu tam orta məktəbi isə  3-cü yerlərin qalibi olublar.
Sonda qalib komandalara diplom və medallar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg