Aprelin 13-də məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib.Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmışdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənmiş, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılmışdır. Bununla yanaşı təhsil muxtar respublikada uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsi də diqqətdə saxlanılır. Bunun üçün məktəbdənkənar təhsil müəssələri müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hərtərəfli şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssiələrində innovativ dərnəklərdə müasir biliklər, xalq yaradıcılığı nümunələri aşılanmaqla yanaşı, şagirdlərə milli musiqilər, rəqslər də öyrədilir. Bu da milli musiqi və rəqslərimizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Rəhman Məmmədov bildirib ki, şagirdlərin bilik və bacarıqlarını inkişafı və üzə çıxarılması üçün Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər keçirilir. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Milli musiqi və rəqs” müsabiqəsidir. Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd çoxəsirlik inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və musiqi mədəniyyətinin məktəblilər arasında təbliğidir. Müsabiqənin təşkili şagirdlərin milli ruhda tərbiyyə olunmasında, xususi istedada malik olan gənclərin aşkar edilməsində, milli adət və ənənələrin təbliğində, şagirdlər arasında musiqi, Azərbaycan milli musiqi və rəqs numunələrinin düzgün təbliğ edilməsində və yaşadılmasında da mühüm rola malikdir.
Nazir bildirib ki, 2021-ci ilin yanvarın 21-dən başlayaraq 3 mərhələdə keçirilən “Milli musiqi və rəqs” müsabiqəsində 108 məktəb üzrə 1300 -dən artıq şagird iştirak etmişdir. Müsabiqədə şagirdlər Azərbaycan milli musiqiləri, rəqsləri, xalq mahnıları, çalğı alətləri ilə çıxış edərək öz qabliyyət və bacarıqlarını nümayiş etdiriblər.
Təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılması üçün yaratdığı əlverişli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Nətavan Qədimova qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, milli və Professional musiqi sənətinin inkişafı təmin olunur. Muxtar respublikada Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Bəstəkarlar Təşkilatı, Aşıqlar Birliyi fəaliyyət göstərir. Həmçinin, Naxçıvan Dövlət Universitetinin İfaçılıq fakültəsi, Naxçıvan Musiqi Kolleci, musiqi məktəbləri musiqiçi kadrların yetişdirilməsi istiqamətində öz töhfələrini verirlər.
Nazir məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin də şagirdlərin qabliyyətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışında bildirib ki, məktəblilər arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsi Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliğində mühüm rola malikdir.
Sonda qaliblərə təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, “Milli musiqi və rəqs” müsabiqəsində qaliblər münsiflər heyyəti tərəfindən səhnə uyğunluğu və səhnə mədəniyyəti, jest və mimikalardan istifadə bacarığı, mahnı və rəqslərin düzgün seçilməsi, aydın intonasiya və tələffüzün düzgün qurulması nəzərə alınaraq mahnı, rəqs və çağlı alətləri nominasiyaları üzrə qiymətləndirilib.
Sonda “Milli musiqi və rəqs” müsabiqəsinin qaliblərinin təqdimatında konsert proqramı olub. Qaliblər milli musiqilərimizdən parçalar səsləndirib, “Şur” muğamını, “Qarabağ şikəstəsi”ni ifa edib, “Sarı gəlin”, “Tənzərə” yallısı rəqsləri və digər milli musiqi, rəqs nömrələri ilə çıxış ediblər.