14 aprel 2022-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “İtalyan partiyasına aid oyunların təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərsi müəllim beynəlxalq usta Toğrul Həsənzadə aparıb. Diqqətə çatdırılıb ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.
Toğrul Həsənzadə “İtalyan partiyasına aid oyunların təhlili” mövzusunda şagirdlərə ətraflı məlumat verilərək bildirilib ki, italyan partiyası açıq debütlərə aiddir və 1.e4 e5 2.Af3 Ac6 3.Fc4 Fc5 4.c3 gedişləri ilə yaranır. Bu oyun yeni başlayanlar üçün çox maraqlı və düşünmə qabiliyyətini inkişaf etdirən oyundur. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir.
Qeyd edək ki, interaktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri, 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib.
Saat 15:00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə beynəlxalq usta Fikrət Sideifzadə “Etüd həlli” mövzusunda şagirdlərə geniş məlumat verib.
İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar da cavablandırılıb. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar da cavablandırılıb. İnteraktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.