Təhsil naziri bildirib ki, 2018-ci ildən başlayaraq müəllimlərin işə qəbulunun müsabiqə yolu ilə aparılması, 2020-ci ildən isə müəllimlərin sertifikasiyaya cəlb olunması onların bilik və bacarıqlarının inkişafı üçün bir stimul olub. Nazir hamilik çərçivəsində aparılan məqsədyönlü işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci 25 iyun tarixli Sərəncamı ilə 32 pedaqoji profilli ixtisas Təhsil Nazirliyinə hamiliyə verilib. Hamilik çərçivəsində tələbələrin bilik və bacarıqlarının, təcrübələrinin artırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Qeyd olunub ki,bu sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq tələbələr univeristet dövründə ixtisaslı bir kadr kimi formalaşırlar. Univeristetləri bitirən tələbələrin iş təminatından da danışan təhsil naziri qeyd edib ki , 2018-ci ildən müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqələrdə700-ə yaxın müəllim işlə təmin olunub. Tədbirdə Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Məmmədova “Təhsil müəssisələrinə işə qəbul qaydaları”,nazirliyin şöbə müdiri Abdulla Əsgərov “Stimullaşdırıcı tədbirlər və sertifikasiya qaydaları”,nazirliyin aparıcı məsləhətçisi "Müəllimlərin etik davranış qaydaları” mövzularında təcrübəçi tələbələrə geniş məlumatlar veriblər. Babək rayon Araz kənd ümumi orta məktəbinin tarix müəllimi muxtar respublikada müəllim peşəsinə göstərilən dövlət qayğısından danışıb. Naxçıvan Müəllimlər İnstitutunun Tədris və Tərbiyyə İşləri üzrə prorektoru Çapay Quliyev muxtar respublikada hamilik çərçivəsində həyata keçirilən tədbirlərin tələbələrin gələcəyin mütəxəssisi kimi yetişməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Görüşdə tələbələri maraqlandıran suallar da ətraflı cavablandırılıb. Qeyd edək ki, görüşdən sonra tələbələr üçün STEAM Tədris Mərkəzində seminar təşkil olunub. Həmçinin tələbələrin Heydər Əliyev Yaradıcılıq Mərkəzindəki innovativ dərnələrə ekuskursiyasıda təşkil olunub