• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün574
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5683
mod_vvisit_counterBu ay19451
mod_vvisit_counterÜmumi2536267

Tarix: 17 May, 2024

“Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib

Aprelin 19-da “Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası  Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə“Azərbaycanın görkəmli ədibləri” mövzusunda interaktiv dərs keçirilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin bələdçisi tərəfindən aparılan dərsi muxtar respublikanın 200-dən çox məktəbinin şagirdləri izləyib. Dərsdə bildirilib ki, son illərdə Azərbaycanda, o cümlədən muxtar respublikada ədəbiyyat, incəsənət, teatr sahələrində yüksəliş xüsusilə nəzərə çarpır. Dövlətimiz tərəfindən Azərbaycan, eləcə də Naxçıvanda yaşayıb-yaradan şair və yazıçılara hər zaman xüsusi diqqət göstərilir, Azərbaycan ədəbiyyatının bədii fikir salnaməsinə layiqli töhfələr verən görkəmli ədəbiyyat nümayəndələri, şair və mütəfəkkirlərin həyat və yaradıcılıqlarının öyrənilməsi və təbliği istiqamətində də əhəmiyyətli işlər görülür, müxtəlif illərdə ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı kitablar çap olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan sərəncamlar əsasında muxtar respublikada görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, yaradıcı insanlar yüksək dövlət mükafatları ilə təltif edilirlər. Onlayn ekskursiyada muzeyin bələdçisi Naxçıvan ədəbi mühiti və onun keçdiyi inkişaf yolu barədə  izləyicilərə ətraflı məlumat verib.
İnteraktiv dərsdə şagirdlərə, muzeyin fondu haqqında da geniş məlumat verilərək bildirilib ki,3 zaldan ibarət olan muzey ekspozisiyası Azərbaycan ədəbiyyatı klassiklərinin, müasir yazıçı və şairlərin, ədəbiyyatşünas alimlərin həyat və yaradıcılığını zəngin eksponatlar vasitəsilə özündə əks etdirir.Burda çox əsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, sənət nümunələri, qədim və  müasir kitablar, xatirə əşyaları, digər qiymətli muzey materialları mühafizə olunur. Həmçinin ekspozisiyada Naxçıvan torpağının yetirdiyi görkəmli şair və yazıçıların yaradıcılığına, eyni zamanda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri də nümayiş etdirilir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg