• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün432
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə5541
mod_vvisit_counterBu ay19309
mod_vvisit_counterÜmumi2536125

Tarix: 17 May, 2024

Muxtar respublika yazıçıları ilə şagirdlərin görüşü olub

Aprel ayı muxtar respublika ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan olunub və aylıq çərçivəsində bir sıra tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublika yazıçıları ilə şagirdlərin görüşünün təşkil olunmasıdır. Görüş aprelin 20-də Naxçıvan Dövlət Texniki Kollecində baş tutub. Tədbirdə çıxış edən  təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılmış, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilmişdir. Təhsil naziri qeyd edib ki, muxtar respublika ümumtəhsil məktəblərində kitabxanaların imkanlarından səmərəli istifadə olunması, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği və yaşadılması, şagirdlərin biliklərinin zənginləşdirilməsi məqsədilə bir sıra tədbirlər keçirilir. Artıq üçüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Aylıq çərçivəsində silsilə tədbirlər - kitab müzakirələri, dram, inşa, şeir müsabiqələri kitab bağışlama aksiyaları, görkəmli ədiblərin muzeylərindən interaktiv dərslərtəşkil edilir. Bildirilib ki, muxtar respublikanın yazıçıları ilə keçirilən görüş də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərin davamıdır. Təhsil müəssisələrində yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılmasında, onlarda yaradıcılığa marağın artırılmasında mühüm rol oynayır. Bugünkü görüşün də yaradıcılığa, şeir yazmağa meyli olan məktəblilərə stimul verəcəyinə inanırıq. Bu cür tədbirlərin təşkil edilməsi və gələcəkdə də ənənə halına çevrilməsi yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək muxtar respublikamızda elmə, ədəbiyyata verilən dəyərdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikanın şair və yazıçılarının əsərlərinin çap olunmasına və kitablarının nəşr olunmasına böyük dəstək göstərir. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 10-a yaxını gənc olmaqla 70 üzvü vardır ki, onlardan da bir neçəsi fəxri ada və Prezident mükafatına layiq görülüblər. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri - Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair-dramaturq Həsənəli Eyvazlı, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair, ədəbiyyatşünas Xanəli Kərimli,  əməkdar jurnalist Hüseyn Əsgərov, şair Alməmməd Eldaroğlu, filologiya üzrə fəlsəfə doktoru, şair Elxan Yurdoğlu və “Nuh yurdu” qəzetinin redaktoru, şair Qafar Qərib muxtar respublikada yazıçı və şairlərə göstərilən dövlət qayğısından danışıblar, öz əsərlərindən Naxçıvanın dünəni və bu günü ilə bağlı seçmələri təqdim ediblər. Şərur rayon Aralıq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Sabrina Mədətova isə yaxşı təhsil alması üçün yaradılan şəraitə və yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirib.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri tədbirdə iştirak edən şagirdlərə öz kitablarını imza edərək  hədiyyə ediblər.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg