Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babayeva Şərafət Akif qızına, Cəfərova Tərifə Abdulla qızına, Əhmədova Zəhra Yusif qızına, Əliyeva Mənsumə Hacı qızına, Əliyeva Samirə Vaqif qızına, Hacıyeva Hicran Firudin qızına, Həsənova Turan Vaqif qızına, İsgəndərova Xanım İboş qızına, Mehdiyeva Məhəbbəd Sultan qızına, Məmmədov Mayis Əli oğluna, Məmmədova Südabə Nəriman qızına, Novruzova Kəmalə Məsmalı qızına – “Əməkdar müəllim” fəxri adı verilsin”.
Qeyd edək ki, Ali Məclisin Sədri hər il Bilik Günü münasibətilə muxtar respublikada səmərəli fəaliyyəti ilə fərqlənən müəllimləri təltif edir.