“Mütaliə aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Kitablar və mən” adlı yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 30 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Sahil Əlizadə bildirib ki, şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı”ı elan edilib. Bu ay çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər keçirilir. Şagirdlər arasında keçirilən “Kitablar və mən” yazı müsabiqəsi də aylıq çərçivəsində keçirilən tədbirlərin davamıdır.
Şagirdlər 2 saat ərzində mütaliə etdikləri kitablarla bağlı inşa yazıblar.
Müsabiqə iştirakçılarının yazı işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib.
Nəticələrə uyğun olaraq Naxçıvan şəhər 1 nömrəli məktəbin 10-cu sinif şagirdi Hacıyeva Aynur Samir qızı I yerə,Culfa Rayon Gülüstan kənd tam orta məktəbinin şagirdi Xudaverdili Nəsrin Mehman qızı, Kəngərli Rayon Yurdçu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Abdullayeva Aysu Xəyal qızı II yerə, Heydər Əliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi Yunisli Nuray İbrahim qızı, Ordubad rayon Düyülün kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Hacızadə Məleykə Mənsur qızı, Babək rayon Uzunoba kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Qasımova Səbinə Əfayil qızı isə III yerə layiq görülüblər.