Tarixboyu yadelli işğalçılara və qəsbkarlara qarşı böyük müharibələrin iştirakçısı olmuş azərbaycanlılar döyüş idman növlərini daha çox sevirlər desək, yəqin ki, yanılmarıq. Hətta seyr etdiyimiz filmlərdə belə, xalqımızın qəhrəmanlıq tarixini əks etdirən döyüş səhnələri bizləri daha çox cəlb edir. Bu, xalqımızın nə qədər mübariz və cəsarətli, güclü bir tarixi kökə malik olduğunun göstəricisidir. Bu fonda, ələlxüsus, qadınlarımızın şücaətindən söz etməmək haqsızlıq olar. “Aslanın erkəyi, dişisi olmaz” deyimi baxdığımız filmlərdə seçilən kumirləri uşaqlığımızın qəhrəmanına çevirməklə yanaşı, həm də qızların idman klublarına, zallarına üz tutmasına səbəb olub. Təbii ki, bu da genofondumuzun nə qədər güclü olduğunu bir daha sübut edir. Bu gün portretini canlandırmağa çalışacağımız qəhrəmanın da uşaqlığı bu filmlərə baxmaqla keçib. Bəlkə də, elə həmin filmlər onun hansı gücə malik olduğunu ortaya çıxarıb. Söhbət muxtar respublikanın ilk qadın ağır atleti, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının üzvü Gülcahan Əliyevadan gedir
Gülcahan Əliyeva 2004-cü il iyul ayının 14-də Şərur rayonunun Məmmədsabir kəndində dünyaya gəlib. Uşaqlıqdan idmana həvəsi olsa da, qızlar üçün bu sahə ona bir az uzaq görünüb. Lakin zaman keçdikcə Gülcahanın daxilində olan güc onun fikirlərini dəyişib. Hələ 11 yaşını yenicə tamamlayan qəhrəmanımız Şərur Rayon Ağır Atletika Bölməsində ağırlıqqaldırma idman növünün sirlərinə yiyələnməyə başlayır. Yeniyetmə idmançımız ştanq arxasına keçdikdən sonra bu istiqamətdə uğur qazanacağına sanki inanır. Təbii ki, onun ştanqdan bərk-bərk yapışmasının səbəbkarıAzərbaycanRespublikasının Əməkdar məşqçisi Şəfi Hüseynov olub. Məşqçi-müəllim o günləri belə xatırlayır: “Gülcahanın fiziologiyası sırf ağırlıqqaldırma üzərində qurulub sanki. Bunu zala ilk gəldiyi gündən hiss etdim. Ona baxaraq öz-özümə: “bu qız ölkənin ən güclü ağır atleti olacaq”, – dedim. Məşqlərə gəldikdən sonra Gülcahana ilk olaraq nizamintizamı, səbir etməyi öyrətdim. Etiraf etdim ki, bu heç də asan başa gəlmədi. Bəzən idmançının nazı ilə oynamalısan, hələ bu qız olarsa. Amma bütün çətinliklərə baxmayaraq, düşünürəm ki, qarşımıza qoyduğumuz məqsədə az da olsa, çatmışıq. Təbii ki, uğurlarımızda yaradılan şərait də mühüm rol oynayıb”.
İstirahətə “yox” deyən
Həm ailəsinin, həm də məşqçisinin dəstəyi ilə ruhlanan Gülcahan ara vermədən məşqlərə başlayıb, mütəmadi olaraq davam edib: “Məşqlərə başlamamışdan öncə, valideynlərimin mənə məsləhəti “ağır məşqlərin ardından sonra qazanılan hər çempionluqda özündə rahatlıq hiss edəcəksən. Hələ beynəlxalq yarışlarda bu rahatlıq fəxrlə, qürurla əvəzlənəcək. Məşq edəcəksənsə, bunları nəzərə al, sonadək davam et” idi. Bu sözlər hər zaman beynimdə “fırlanır”. Bu idman növünü seçərkən, yalnız özümü yox, eyni zamanda mənə etimad göstərənləri də yaddaşıma həkk etdim. Çünki qazandığım uğurlar təkcə mənim yox, onların da əziyyətinin bəhrəsidir. Bütün bunları nəzərə alaraq heç vaxt məşqlərdən qalmadım. Elə hallar olub ki, yüksək temperaturla məşqə getmişəm, məşqçim mənə istirahət versə də, “yox” demişəm. Hədəfim olub, bu hədəfə doğru irəliləməyin asan olmayacağını da ilk gündən bilirdim. Məhz mənə güc, qüvvət verən də budur”.
Gecikməyən uğur
Ağır atletikanın tarixini analiz etsək, burada qadın idmançıların nə qədər iradəli olduğunun şahidi olarıq. Gülcahan Əliyeva da sanki onların bu hisslərindən bəhrələnib. “Hər ağır işin sonunda, səni gözləyən sevinc göz yaşları var” – deyirlər. Əslində isə bu göz yaşları uzun illər çəkdiyin əziyyətin yorğunluğu, içindəki hayqırtının təzahürüdür. Kiçik yaşdan idman növünün adı kimi ağır yükün altına girən yeniyetmə idmançımızın uğurları özünü çox gözlətmir. Qısa vaxt kəsiyində qazandığı uğurlar onun Azərbaycan millisinə olan yolunu açır. O zaman ölkənin 14 yaşlılardan ibarət milli komandasının ən istedadlı ağır atletlərindən biri hesab edilən Gülcahanın ən böyük keyfiyyəti körpüçük üzərinə çıxarkən hər şeyi unutması və diqqətini bir istiqamətə yönəltməsidir: “Məşqçilərimizin hər zaman dediyi bir söz var: körpüçük üzərində olarkən bütün hissini gücünə ver ki, qaldırdığın ağırlıq sənin qolundakı gücdən az olsun. Hər zaman bu hisslə yarışlara çıxıram. Xırdalan şəhərində fəaliyyət göstərən “Zirvə” klubunda ağır atletika üzrə Azərbaycan çempionatının seçmə yarışlarında iştirakım uğurlu alındı və 48 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu və mükafatçısı oldum. Bu mənə əlavə motivasiya verdi. İştirak etdiyim bir çox yarışların qalibi və mükafatçısı olmuşam. Son olaraq isə qadınlar arasında Azərbaycan çempionu adını qazandım. Bu uğurdan sonra ölkənin yeniyetmələrdən ibarət milli komandasına dəvət aldım. Qısa vaxtdan sonra millimizlə məşqlərə başlayacağam. Qarşıda əsas komandanın heyətində bizi böyük turnirlər gözləyir. Çalışacağam həmin turnirlərdə uğur qazanıb Azərbaycan bayrağını dalğalandırım”.
Ştanqın dostu
Şahmat yarışına bənzəyən idmançı karyerası bəzən səni qara fiqurlarla oynamağa vadar edir. “Qara zolaq” deyilən zədə epidemiyası Gülcahanı ən çox qorxudan haldır: “Mümkün qədər zədələnməməyə çalışıram. Bunun üçün gərək idmançı gündəlik həyat rejiminə fikir versin. Hətta qeyri-normal yuxu və yemək rejimi belə, sənin ciddi zədələnməyinə səbəb ola bilər”. Arzularını reallaşdıran yeniyetmə idmançımız Şərur rayon 1 nömrəli tam orta məktəbin məzunudur. Peşəkar idmana başladıqdan sonra məktəbdə müəllimlərinin sevimlisi olub.Asudə vaxtlarını dostları ilə keçirməyi xoşlayan Gülcahan, bununla yanaşı, döyüşfilmlərini izləməyi və digər idmançıların məşqlərinə baxmağı sevir. Daha dəqiq ifadə etsək, ağır atletimizin hobbisi uşaqlıqdan gəlinciklə oynamaq yox, ağır daşlarla vaxt keçirmək olub: “Bu, bəzən digərləri üçün qəribə səslənə bilər. Lakin 11 yaşımdan etibarən mənim doğmam, dostum gördüyünüz bu daşlar olub. Onlarla oynayıram, bəzən isə onlarla danışıram, onlar mənim ən yaxın dostlarımdır”.
Hədəf
Gülcahan Əliyevanın “Ən böyük hədəfin nədir?” sualına cavabı hər bir idmançı kimi Vətən sevgisi ilə başlayır: “Hədəfim Avropa və dünya çempionatlarında uğur qazanmaq və Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil etməkdir. Bu, hər bir idmançının arzusudur. Lakin arzunu həyata keçirmək üçün çox çalışmaq lazımdır. Muxtar respublikada idmançılar üçün yaradılan şəraitdən istifadə edib, gücüm çatana qədər çalışıb uğur qazanacağam. Mənə göstərilən etimad böyükdür və bu etimadı doğruldacağam”.
Portret
Səmimi, ünsiyyətcil olduğu qədər də sərt, əzmkar olan Gülcahan Əliyeva qadın idmanına göstərilən diqqət və qayğıdan bəhrələnən qəhrəmanımızdır. O, qazandığı uğurlarla qadının nə qədər böyük qüvvə olduğunu bir daha sübut edir. Erkən yaşda onun öz gücünə inanması, ağır atletikaya sevgisi, böyük uğurlar qazanması Naxçıvanımızda yeni dünya və Avropa çempionunun yetişməsi deməkdir