• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün899
mod_vvisit_counterDünən816
mod_vvisit_counterBu həftə6527
mod_vvisit_counterBu ay51681
mod_vvisit_counterÜmumi2935820

Tarix: 27 Dek., 2024

Gənc müəllimlər arasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində fəaliyyət göstərən gənc müəllimlər arasında “Oxunması zəruri olan kitabların  Siyahısı” na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə  Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixdə imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə  Azərbaycan xalqına müraciəti” xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji hadisələri əhatə edir. Müraciətdə milli tariximizin bütün dövr və mərhələlərinə yüksək peşəkarlıqla qiymət verilib, geridə qalan əsrlərdə baş vermiş ictimai-siyasi proseslər barədə obyektiv mülahizələr səsləndirilib və gələcək inkişaf yolları müəyyənləşdirilib. Ümummilli liderimiz Heydər Əliyev müraciətində qeyd etmişdir ki: “Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaq”. Bu gün bu arzular Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində reallaşmış, müqəddəs torpaqlarımız işğaldan azad edilmiş, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli quruculuq siyasəti Azərbaycanda, eləcə də ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir.
Sonra Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Qafarova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına dərin məzmunlu müraciətinin gənclərin cəmiyyətdə layiqli vətəndaş kimi formalaşmasına istiqamət olduğunu bildirilmişlər. Qeyd olunmuşdur ki, bu gün ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı muxtar respublikamızda yeni mərhələyə qədəm qoyub. Belə ki, gənc nəslin işlə təminatı, problemlərinin həlli, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İlahə Əliyeva kitabın müzakirəsinə başlayaraq kitabdan müəyyən hissələri oxumuş və gənc müəllimlər tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin fikirləri təhlil edilmişdir. Müzakirə zamanı gənc müəllimlər bildirmişlər ki, dahi rəhbər Heydər Əliyev Azərbaycan xalqının yüz ildən sonra, gələcək əsrləri əhatə edən elə bir inkişafına və intibahına zəmin yaratmaq istəyirdi ki, həmin dövrlərdə yaşayacaq nəsillər üçün heç bir problem qalmasın. Bu böyük arzunun reallaşdırılması üçün yalnız və yalnız bugünkü müstəqil Azərbaycan dövlətini qüdrətləndirmək lazım idi. “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı irihəcmli müraciət də məhz həmin arzudan, istəkdən qaynaqlanırdı. Ona görə də ulu öndər Heydər Əliyev irsini dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayacaqdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg