• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün864
mod_vvisit_counterDünən816
mod_vvisit_counterBu həftə6492
mod_vvisit_counterBu ay51646
mod_vvisit_counterÜmumi2935785

Tarix: 27 Dek., 2024

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinə ilk qəbul imtahanı keçirilib

Muxtar respublikada dövlətimiz tərəfindən  təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin müasir biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılır. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin    4 avqust 2020–ci il tarixli  Sərəncamı ilə  Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmışdı. Lisey   muxtar respublikada kimya və biologiya fənləri üzrə şagirdlərin bilik  və bacarıqlarının inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir.  Hazırda Naxçıvan şəhərində yeni lisey üçün 4 mərtəbədən ibarət binanın inşası yekunlaşmaq üzrədir. Liseyin    tədris korpusunda  muxtəlif sinif otaqları, müasir avadanlıqlarla təhciz olunan kimya, biologiya və fizika  laboratoriyaları, STEAM kabinəsi, Şahmat otağı,  kompüter otaqları, akt zalı və geniş idman zalı yerləşəcək. Binanın ayrı-ayrı korpuslarında oğlan və qızlar üçün 264 yerlik yataqxana və yeməkxana da inşa olunub.
Mayın 7-də  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2022-2023-cü tədris ili üzrə Naxçıvan Şəhər Kimya-Biologiya   Təmayüllü  Liseyə ilk dəfə olaraq qəbul imtahanı keçirilib.   İmtahanda iştirak etmək üçün mart ayının 4-dən aprelin  25-dək aparılmış sənəd qəbulunda ümumtəhsil məktəblərinin VII-VIII siniflərini bitirən 383  qız,  261   oğlan olmaqla  ümumilikdə 644 şagird qeydiyyatdan keçib.
5 nömrəli tam orta məktəbdə keçirilən imtahan saat 1000 –da başlayıb. İmtahanda şagirdlərə Azərbaycan dili fənni üzrə 15, riyaziyyat fənni üzrə 15, fizika fənni üzrə 10, ingilis dili fənni üzrə 10, kimya fənni üzrə 20, biologiya fənni üzrə 20, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 8 fəndən 100 sual təqdim olunub. Sualların cavablandırılıması üçün  şagirdlərə 3 saat vaxt ayrılıb.
Qeyd edək ki, muxtar respublika üzrə hər sinifdən 30 qız, 30 oğlan olmaqla, qəbul imtahanında  ən yüksək nəticə göstərən 120 şagird liseyə qəbul olunacaqdır.
Müasir tədris vasitələri ilə təmin olunacaq liseydə şagirdlər təhsil dövründə dövlət hesabına  3 dəfə yeməklə və   yataqxana ilə də təmin olunacaq. Liseydə təhsil ümumi orta (8-9), tam orta (10-11) olmaqla iki pillədə  həyata keçiriləcək. Tədris prosesi isə  muxtar respublika ümumtəhsil məktəblərinin  ən təcrübəli, eyni zamanda sertifikasiya  nəticəsi ən yüksək olan müəllimlər tərəfindən aparılacaq.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg