Mayın 7-də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdəAzərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin IX-XI siniflərindən 40 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənlərindən öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Şagirdlərə açıq tipli tapşırıqların həlli üçün 3 saat vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında yerləşdiriləcək. Qeyd edək ki, Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına dəstək olmaqdır.