• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün897
mod_vvisit_counterDünən816
mod_vvisit_counterBu həftə6525
mod_vvisit_counterBu ay51679
mod_vvisit_counterÜmumi2935818

Tarix: 27 Dek., 2024

IX, X və XI sinif şagirdləri üçün “Açıq qapı” günləri təşkil olunub

Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.
Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında peşə təhsilinə marağın artırılması məqsədilə Naxçıvan Şəhər Peşə Liseyində, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində“Açıq qapı” günləri təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd şagirdləri peşə məktəblərində fəaliyyət göstərən ixtisaslar və yaradılan şəraitlə yerində tanış etmək, peşə təhsilinə maraq oyatmaq, eləcə də onların gələcəkdə peşə seçimlərinə istiqamət verməkdən ibarətdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Orta ixtisas və peşə təhsili şöbəsinin müdiri Vüsal Abdullayev çıxış edərək vurğulamışdır ki, Təhsil Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Peşə Liseyi, Naxçıvan, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərinin hər biri üçün yeni məktəb kompleksi tikilmiş, burada ən müasir elektron lövhə və kompüterlər, maşın və mexanizm qurğuları, hər cür avadanlıqlarla təmin olunmuş zəngin emalatxanalar fəaliyyət göstərir. Qeyd olunmuşdur ki, müdavimlər gündə üç dəfə isti yemək və yataqxana ilə təmin olunurlar. Bu təhsil  müəssisələrində bazar iqtisadiyyatının tələbinə uyğun peşələr üzrə kadr hazırlığı işi həyata keçirilir və ya gənclər ixtisasartırma kurslarına cəlb olunaraq çalışdığı peşə sahəsinin sirlərini daha dərindən mənimsəyirlər. Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər isə müvafiq sertifikatla təmin olunurlar.
Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərinindirektorları çıxış edərək “Müasir dövrdə peşə təhsilinin əhəmiyyəti” mövzusunda məktəblilərə məlumat vermiş və yaradılan şəraitdən danışmışlar.
Tədbirin davamı olaraq şagirdlər peşə təhsili ilə bağlı slayd izləmiş, məktəbin elektron lövhə sinifləri, kompüter otağı, emalatxanalar, yataqxana, yeməkxana və kitabxana ilə tanış olmuş, həmçinin kurslarda nəzəri və praktik dərslərin tədrisi prosesində iştirak etmiş, Elektrik və Rabitə montyoru, Xalça, Qaz çilingəri, Bərbər, Aşpaz və s. emalatxanalarda yaradılan şəraitlə, burada olan avadanlıqlarla tanış olmuşlar. Onlara gələcəkdə fəaliyyətə başlaması nəzərdə tutulan yeni peşə ixtisaslar haqqında ilkin məlumat verilmişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg