Mayın 15-də Naxçıvan Muxtar Respublikası məktəbliləri arasında Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib. Müsabiqə Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbində keçirilib. Fənn nüsabiqələrində muxtar respublikanın ümumtəhsil məktəblərinin VI-VII sinif şagirdləri iştirak edib. Müsabiqədə şagirdlərə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən 50 sual təqdim olunub, onlara 180 dəqiqə vaxt ayrılıb. Qeyd edək ki, hər sual 2 balla qiymətləndiriləcək, 4 səhv cvab 1 düzgün cavabı aparır.
Müsabiqənin Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılmasıdır. Müsabiqənin nəticələri www.olimpiada.edu.az və www.portal.edu.az saytlarında elan olunacaq.