Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu 2022”-yə mayın 15-də start verilib. Beşinci dəfə keçirilən marafon bu il fərqli format və marşrutda reallaşıb. İştirakçılar Dövlət Bayrağı Meydanından başlayaraq 21 kilometrlik məsafə üzrə dövrə vurmaqla eyni məkana – finiş nöqtəsinə gəliblər. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. İlk üçlüyə düşənlər pul mükafatı, həmçinin medal və sertifikatlarla, finiş xəttini keçən ilk 1000 iştirakçı isə marafonun xüsusi medalları ilə təltif olunub.
Qadın və kişilər arasında 5 yaş kateqoriyası üzrə (18-29, 30-39, 40-49, 50-59, 60+), eləcə də müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib.
Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev əsas mübarizədə - 2399 idmançının iştirakı ilə keçirilən yarımarafonda (21 km) öz gücünü sınayıb. Təmsilçimiz finişə 19-cu iştirakçı kimi çatıb. “MYLAPS Event Timing” platformasında yerləşdirilən statistik göstəricilərə əsasən Ə.Nağıyev finişədək 1 saat 27 dəqiqə 39 saniyə vaxt sərf edib, 04:09 dəq/km temp və 14,44 km/saat sürətə nail olub.
15.000-ə yaxın insanın qeydiyyatdan keçdiyi marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər. Qeydiyyatdan keçənlər sırasında ABŞ, Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən iştirakçılar olub. Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edib. Yarış əvvəlcə daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib. 3-cü start isə ümumi iştirakçılar üçün olub.