18 May 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvləri ilə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin görüşü təşkil olunub.
Görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Rasim Rüstəmov bildirib ki, muxtar respublikada dövlətimiz tərəfindən şagirdlərin təhsili ilə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili də diqqətdə saxlanılır.
Qeyd olunub ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də dərnək üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün mühüm tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, yazıçı və şairlərlə görüşlərin, onların əsərlərinin müzakirələrinin keçirilməsi dərnək üzvlərinin yaradıcılığa marağın artırılmasında, yaradıcı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır. Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, “Şərq qapısı” qəzetinin məsul katibi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist Muxtar Məmmədoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Naxçıvan Yazıçılar Birliyinin üzvü şair Alməmməd Eldaroğlu muxtar respublikada yazıçı və şairlərə göstərilən dövlət qayğısından danışıblar, öz əsərlərindən Naxçıvanın dünəni və bu günü ilə bağlı seçmələri təqdim ediblər.
Görüşdə Yazıçılar Birliyinin üzvü şair Alməmməd Eldaroğlunun yeni çapdan çıxan “Dağlar Qartalı” kitabı haqqında da dərnək üzvlərinə məlumat verilib. Bildirilib ki, ikinci Qarabağ müharibəsində şəhid olan, ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, ”Vətən uğrunda”, ”Xocavəndin azad olunmasına görə”, ”Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunan kəşfiyyat bölüyü komandiri, baş leytenant Sadıqlı Məmmədhəsən Meydan oğlunun döyüş yolu, həyatı şair Alməmməd Eldaroğlunun “Dağlar Qartalı” lirik poemasında öz bədii əksini tapıb.
Şair Alməmməd Eldaroğlu yeni yazdığı poema ilə bağlı fikir və düşüncələrini dərnək üzvləri ilə bölüşüb, kitabın nüxsələrini tədbir iştirakçılarına imza edərək hədiyyə edib.