2018-ci il avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə 2018-ci il 8 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan müəssisələrində 2018-2019-cu illərin payız-qış mövsümü üçün tələb olunan yanacağın, mal-materialların bölgüsü” təsdiq edilib.
Müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrası ilə əlaqədar müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq sentyabrın 28-də istilik sistemi olmayan müəssisələrə ayrılmış mal-materiallar Təhsil Nazirliyi əməkdaşlarının iştirakı ilə mərkəzləşdirilmiş qaydada təhsil müəssisələrinə çatdırılmışdır.