Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənc rəssam, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Aygün Hacıyevanın “Fırçamdakı sehrli dünyam” adlı hesabat sərgisi açılıb. Sərgidə rəssamın müxtəlif janrlarda 35 əsəri nümayiş olunur.
Bu münasibətlə keçirilən tədbirdə sənətşünas Nizami Alıyev gənc rəssamın yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Aygün Hacıyeva Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin builki məzunudur. Xalq rəssamı Hüseynqulu Əliyev və əməkdar rəssam Həmzə Sadıqovun emalatxanalarında bu sənətin sirlərinə yiyələnən gənc istedadın arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almaqdır. Nizami Alıyev rəssama bu yolda uğurlar arzulayıb, ona Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşəkkürnaməsini təqdim edib.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova gənc rəssam Aygün Hacıyevaya sənət yollarında uğurlar diləyib və Təhsil Nazirliyinin diplomunu təqdim edib.
Tədbirdə Xalq rəssamı Hüseynqulu Əliyev, əməkdar rəssamlar Telman Abdinov, Həmzə Sadiqov və digər çıxış edənlər rəssama yaradıcılıq uğurları arzulayıblar.
Gənc rəssam Aygün Hacıyeva və atası Emin Hacıyev göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Sərgidə rəssamın müxtəlif mövzularda işlədiyi 35 əsəri nümayiş olunur. Zəngin rəng koloriti ilə diqqəti cəlb edən əsərlər rəssamın geniş yaradıcılıq təxəyyülünə malik olduğundan xəbər verir. Müxtəlif mövzulara müraciət edən rəssamın “Müəllimim”, “Ağdam məscidi” adlı rəsmləri ən çox diqqətçəkənlər sırasında olub.