Canlı və onlayn formatda paralel olaraq təşkil olunan konfransda respublikanın müəllim hazırlığı ilə məşğul olan bir sıra ali təhsil müəssiələrində çalışan, pedaqoji tədqiqat aparan alimlər, ümumi təhsilin təşkilatçıları, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri iştirak edib.
Plenar iclası institutun rektoru Azad Novruzov açaraq, ölkəmizdə və o cümlədən muxtar respublikada təhsilin bütün sahələrinə göstərilən dövlət qayğısından, müasir tələblərə cavab verən təhsil infrastrukturundan, aparılan təhsil islahatlarından danışıb. Qeyd edib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatların elmi-nəzəri dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin əsas müddəalarının elmi-praktik şərhini vermək, islahatlarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdir. Rektor eyni zamanda bildirib ki, ümumi təhsildə innovasiyaların mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları, ümumi təhsilin aktual məsələləri ilə maraqlananları bir araya gətirmək də konfransın əsas məqsədlərindəndir. Qeyd olunub ki, dövlətimizin qayğısı və diqqəti nəticəsində muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında inkişafda olan kadr potensialı, ali və orta ümumtəhsil müəssisələrinin birgə işirakı ilə təşkil olunan müxtəlif konfranslar, dəyirmi masalar və seminarlarda əməkdaşların təcrübə mübadiləsi bu çağırışlara operativ cavab vermək imkanı verir. Ona görə də istər ali, istərsədə ümumtəhsil müəssələrinin qarşısında duran vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsidir.
Azad Novruzov konfransın işinə və yeni əsr təhsil prioritetlərində, gələcəyimizin qurucuları olan gənc nəslin yetişdirilməsi işində bütün təhsil iştirakçılarına uğurlar, nailiyyətlər arzu edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ümumi təhsilin dövlət standartları üzrə tələblərin muxtar respublikada uğurlu tətbiqindən danışıb. Bildirib ki, dövlət qayğısı sayəsində ümumi təhsilin maddi-texniki və tədris bazası möhkəmləndirilmiş, təhsil infrasturukturu yaxşılaşdırılmış, ümumi təhsil müəssisələrində 5700-dən çox komputer, 700-dən çox elektron lövhə quraşdırılmış, fənn kabinələri müasir avadanlıqlarla təchiz edilmişdir.
Təhsilverənlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasının ümumi təhsilin dövlət standartlarının ən vacib tələblərindən olduğunu diqqətə çatdıran təhsil naziri vurğulayıb ki, təhsilverənlərin sertifikasiyası aparılıb və hər il 1500-dən çox müəllim Naxçıvan Müəllimlər İnstitunda keçirilən müxtəlif ixtisasartırma kurslarına cəlb olunur. Görülən işlərin nəticəsidir ki, müəllimlər ixtisası üzrə dövrün tələblərinə uyğun qabaqcıl pedoqoji təcrübədən bəhrələnmək bacarığı əldə edirlər. Bu da ümumi təhsil pilləsində tədrisin yüksəlməsinə, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin artmasına müsbət təsir göstərir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, təhsil sahəsində aparılan uğurlu islahatların nəticəsidir ki, hər il ali təhsil müəssisələrinə qəbul olan tələbələrin tədqiqatçılıq qabiliyyətləri və müstəqil düşünmə bacarıqları əsasında formalaşan bazanın keyfiyyəti əhəmiyyətli dərəcədə hiss olunur. Bu inkişaf öz növbəsində ali təhsil müəssisələrinə işini müasir tələblərə cavab verəcək şəkildə qurmalarına zəruri yanaşmanı tələb edir.
Rektor çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb, yeni yanaşmaları tətbiq etməyi bacaran pedaqoji kadrların təcrübələrinin artırılmasında belə konfransların və çap oluna konfrans materiallarının hazırkı və gələcəkdə fəaliyyət göstərəcək kadrlar üçün mühüm məna daşıdığını vurğulayıb. Rektor bildirib ki, ali və ümumtəhsil məktəblərinin müəllimlərinin eyni auditoriyada olmaları, aparılan tədqiqatların təcrübə mübadilə etmələri və müəllimlərin gələcək rəqabətqabiliyyətli fəaliyyətlərində olduqca əhəmiyyətlidir.
Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim Akif Abbasovun “Müasir dövrdə müəllimin peşəkarlığı və nüfuzu mühüm pedaqoji problem kimi”, Naxçıvan Müəllimlər İnstitutunun Tədris və tərbiyə üzrə prorektoru, Psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin “Təhsildə sosial-psixoloji xidmət mərkəzlərinin yaradılması aktual məsələ kimi” və Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Naxçıvan şəhər ümumtəhsil məktəblərində tətbiq olunan innovativ layihələrə dair” mövzularında məruzələri dinlənilib.
Plenar iclas başa çatdıqdan sonra, konfrans öz işini 9 bölmədə davam etdirib. Konfransda 40-dan çoxu orta ümumtəhsil məktəb müəllimlərinə aid olmaqla ümumilikdə 110-dan artıq məruzə dinlənilib, maraqlı müzakirələr keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransa təqdim edilən məruzələr və tezislər toplu şəklində İnstitutun “Elmi əsərlər” jurnalında nəşr edilərək, ictimaiyyətə əlçatan olacaqdır.