• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün619
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5431
mod_vvisit_counterBu ay50585
mod_vvisit_counterÜmumi2934724

Tarix: 26 Dek., 2024

Sağlamlıq imkanları məhdud uşaqlar arasında “İstedadlar səhnəsi”adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin,  o cümlədən bu kateqoriyadan olan uşaqların fərdi inkişafı, yaradıcılıq əzminin stimullaşdırılması, onların cəmiyyətə inteqrasiyası  istiqamətində zəruri tədbirlərin icrası uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində, aprel ayının əvvəllərindən başlayaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinə start verilib. Ötən ay muxtar respublikanın müxtəlif şəhər və rayonlarında ilkin və final mərhələsi təşkil olunan müsabiqənin mükafatlandırma mərhələsi Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunub. “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ərəfəsində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada dövlətimiz tərəfindən  digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu qəbildən olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradıb. Qeyd olunub ki,  hazırda sağlamlıq imkanları məhdud uşaqlardan 55-i məktəbəqədər təhsil müəssisələrində, 953-ü ümumtəhsil məktəblərində, 7 görmə məhdudiyyətli uşaq isə xüsusi ibtidai məktəbdə təhsilini davam etdirir. Hər il olduğu kimi, 2021-2022-ci  tədris ilində də xüsusi kateqoriyadan olan uşaqlar məktəbli forması və dərs ləvazimatları, həmçinin qış geyimləri ilə təmin olunublar.
Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını və təhsil almaq imkanını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının  Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində 2022-2023-cü tədris ilindən fəaliyyətə başlayacaqdır. Haliyədə distant təhsilə cəlb olunacaq şagird kontingenti müəyyənləşdirilir, onlar üçün dərslik və kompüter tələbatının ödənilməsi üçün lazım olan bütün təşkilati və metodiki işlər aparılır. Qeyd olunub ki, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbində təhsilalanların   “Brayl sistemi” ilə dərslik və tədris vəsaiti ilə təminatı da diqqətdə saxlanılıb.
Bildirilib ki, nazirlik tərəfindən sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara  cəlbi, diqqətdə saxlanılır, nazirlik tərəfindən keçirilən inşa, şer, dram və digər müsabiqələrdə onların da iştirakı  təmin olunur.
Təhsil naziri    sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən “İstedadlar səhnəsi” adlı yaradıcılıq müsabiqəsinin bu kateqoriyadan olan şagirdlərin asudə  vaxtlarının səmərəli təşkili, onların bacarıq və istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müsabiqə qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının təşkilinə, onların cəmiyyətə fəal inteqrasiyasına xidmət edən sosial layihələrin və reabilitasiya xidmətlərinin həyata keçirilməsi cari il ərzində davam etdirilib. İl  ərzində bu kateqoriyadan olan uşaqların iştirakı ilə 10-a yaxın yaradıcılıq tədbiri təşkil olunub, bu tədbirlərə ümumilikdə 100-dən artıq uşaq cəlb edilib. Eyni zamanda, Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 200-dən çox uşağa müvafiq xidmətlər göstərilib. Nazir əlavə edib ki, həmçinin il ərzində, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə, bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil olunub.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova isə öz çıxışında vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili onların reabilitasiyasını təmin etməyin ən faydalı üsullarındandır. Bu məqsədlə uşaqların idman oyunlarında, müxtəlif yarış və müsabiqələrdə, eləcə də mədəni tədbirlərdə iştirakı, uşaq musiqi məktəblərinə cəlbi üçün şəraitin yaradılması onların həyat fəaliyyətinin məhdudlaşmasının aradan qaldırılmasına xidmət edir. Natəvan Qədimova əlavə edib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi, İncəsənət və Bədii Sənətkarlıq Məktəblərində hazırda 72 fiziki imkanı məhdud şagird təhsil alır.
Çıxış edənlər sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbirin final mərhələsində iştirak etmiş iştirakçıların təltifetmə mərasimi təşkil olunub. Müsabiqədə ilk yerləri tutanlara qiymətli hədiyyələr və diplomlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr və fəxri fərmanlar təqdim olunub. Tədbir müsabiqənin final mərhələsində fərqlənən iştirakçıların yaradıcılıq nümunələrinin nümayişi ilə davam etdirilib.
Qeyd edək ki, tədbirin davamında sağlamlıq imkanları məhdud şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgiyə də baxış keçirilib, sonda isə xatirə şəkli çəkdirilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg