• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün636
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5448
mod_vvisit_counterBu ay50602
mod_vvisit_counterÜmumi2934741

Tarix: 26 Dek., 2024

“1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mayın 31-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov  bildirib ki, bu gün muxtar respublikada uşaq hüquqları etibarlı şəkildə qorunur, cəmiyyətin layiqli üzvü kimi yetişməsi, sosial ehtiyaclarının hərtərəfli təmini diqqət mərkəzində saxlanılır, onların sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 52 min 600 şagird təhsil alır. Onların  milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün hərtərəfli şərait yaradılmışdır. Muxtar respublikanın şəhər, rayon və kəndlərində müasir laboratoriyaları, fənn kabinələri, idman zalları və açıq idman qurğuları olan 200-dən çox təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən artıq elektron lövhə quraşdırılmış, məktəblərin kitabxanaları 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmişdir. Təhsil naziri bildirib ki, yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərin 73 faizi müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə daxil olmuş, onlardan 261-i 500-700 arası bal toplamışdır. Vurğulanib ki, muxtar respublikada aparılan uğurlu təhsil islahatlarının və həyata keçirilən tədbirlərin nəticəsidir ki, ümumtəhsil məktəbləri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində də uşaqların yaradıcı bacarıqlarını inkişaf etdirmələri və sağlam böyümələri üçün əlverişli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Ordubad və Culfa rayonlarının məktəbdənkənar təhsil müəssisələrində  innovativ dərnəklər yaradılmış, dərnəklər zəruri avadanlıqlarla təchiz edilmişdir. Hazırda Babək və Şahbuz rayonlarının məktəbdənkənar təhsil müəssisələrində də bu sahədə işlər davam etdirilməkdədir. Bütün bunlar təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının və  müxtəlif layihələrin tətbiqinə əlverişli imkan yaratmışdır. Rəhman Məmmədov  bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  müvafiq Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu da məktəbəqədər təhsil müəssisələrində uşaqların təhsil və təlim tərbiyyəsinin  müasir tələblər səviyyəsində  qurulmasına öz töhfəsini verəcəkdir. Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların da cəmiyyətə və təhsilə inteqrasiyası da diqqətdə saxlanılmış, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində Distant Tədris Mərkəzi yaradılmış, inklüziv təhsilin əhatə dairəsi genişlənmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Eyni zamanda tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqlar məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmin olunur. Təhsil naziri muxtar respublikada uşaqlara göstərdiyi diqqət və qayğıya, onların təhsili üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnədarlığını bildirib, balaca fidanları  “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edib. Tədbirin bədii hissəsində Naxçıvan şəhərində fəaliyyət göstərən körpələr evi- uşaq bağçalarında təlim-tərbiyə alan  uşaqların ifasında şer, rəqs musiqi nömrələri səsləndirilib. Balaca fidanların Ulu Öndər Heydər Əliyevə, vətənə  aid şeirləri, “Xarı bülbül”, “Dostluq himni”, “O Naxçıvandır”, “Azərbaycan” və digər mahnı, rəqs nümunələri iştirakçılarda xoş ovqat yaradıb, alqışlarla qarşılanıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şərur, Babək ,Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarında da məktəbəqədər təhsil müəssisələrində  “1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlər keçirilib. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg