• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün654
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5466
mod_vvisit_counterBu ay50620
mod_vvisit_counterÜmumi2934759

Tarix: 26 Dek., 2024

Naxçıvanda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, uşaq və yeniyetmələrin milli mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gələcək nəsil formalaşır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada uşaqların təhsili, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması ilə yanaşı, uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə ekspert qrupu yaradılıb. Mütəmadi olaraq məktəblərdə və ictimaiyyət arasında uşaq hüquqlarının qorunması ilə əlaqədar maarifləndirmə tədbirləri, görüş və seminarlar keçirilir. Bütün bunların nəticəsidir ki, dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilən, erkən nikaha və uşaq əməyinə cəlb olunan, təhsildən yayınan, hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunan uşaqlara rast gəlinmir. Sonra “Müstəqillik illərindən bəhrələnən Naxçıvan uşaqları” adlı filmə baxış olub.2021-2022-ci tədris ilində Naxçıvan şəhərində təhsil, incəsənət və idman sahəsində fərqlənən 20 istedadlı uşağa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.Naxçıvan şəhəri üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi, “Sabahın tədqiqatçıları” layihəsinin qalibi Səmayə Rəsulova yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, əlamətdar gün münasibətilə uşaqları təbrik ediblər. Tədbirin bədii hissəsində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının yaradıcı kollektivlərinin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, “Gənc Heydərçilər” dərnəyinin və Naxçıvan şəhər 11 nömrəli Uşaq Bağçasının balaca fidanlarının hazırladığı mahnı və rəqs nömrələri nümayiş etdirilib. Tədbir çərçivəsində istedadlı uşaqların rəsm və əl işlərindən, həmçinin uşaq ədəbiyyatından ibarət sərgiyə baxış olub, uşaqlara hədiyyələr təqdim edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg