Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 2-də “Rəşadətli əməyə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mülki aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə:
Həsənov Elmar Əbülfəz oğlu
Məmmədov Elmin Əhliman oğlu
Sadiqov Elməddin Kamil oğlu − “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.