5 iyun bütün dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Son illər ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişlənməsi və bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda da yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.
“05 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nün şagirdlər arasında təbliğ olunması, onlara ekologiyamızın qorunmasının əhəmiyyətinin bir daha çatdırılması məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir. Aksiya çərçivəsində muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər haqqında şagirdlərə məlumatlar verilmiş, ümumtəhsil məktəblərinin ərazilərində ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilmiş, ərazilər alaq otlarından təmizlənmiş, suvarma işləri aparılmışdır.
Qeyd edək ki, yaşıllıqların qorunması və artırılması istiqamətində şagirdlərlə aparılan maarifləndirici tədbirlərin və aksiyaların növbəti tədris ilində də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yaşıllıqların qorunması və artırılması istiqamətində şagirdlərlə aparılan maarifləndirici tədbirlərin və aksiyaların növbəti tədris ilində də davam etdirilməsi nəzərdə tutulur.