Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedadlarının aşkar edilməsi istiqamətində bir sıra müsabiqələrin, bilik yarışlarının, fənn olimpiadalarının keçirilməsi, eləcə də innovativ layihələrin tətbiqi diqqətdə saxlanılır. Bu tədbirlərin davamı olaraq iyunun 7-i Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sabahın tədqiqatçıları-2022” layihəsinin yekunu ilə bağlı tədbir keçirilib.
Təhsil naziri “Sabahın tədqiqatçıları” layihə çərçivəsində görülən işlərlə bağlı vurğulayıb ki, 2019-2020-ci tədris ilindən tətbiq edilən layihə çərçivəsində ötən dövr ərzində Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin alimləri tərəfindən elmi himayəyə götürülmüşdür. Şagirdlərlə birgə laboratoriyalarda tədqiqatlar aparılmış, məruzə, tezis, referat və hesabatlar hazırlanmışdır. Ötən dövr ərzində tədqiqatların nəticələrindən ibarət sərgilər təşkil olunmuş, onlarla müsabiqə və yarışlar, elmi-təcrübi konfrans və seminarlar keçirilmişdir. Cari tədris ilində davam etdirilən layihədə 37 şagird 24 alimin rəhbərliyi altında tədqiqatlar aparmışdır. Ümumilikdə isə bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılmışdır. Nazir qeyd edib ki, şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə, onların müstəqil axtarışlara cəlb edilməsinə böyük töhfə olan “Sabahın tədqiqatçıları” layihəsinin növbəti tədris ilində də tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçılarını tədris ili ərzində qazandıqları uğurlara görə təbrik edib.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin gənc nəsildə elmə marağın formalaşdırılmasında, innovativ biliklərin təkmilləşdirilməsində və praktikaya tətbiqində daşıdığı önəmindən danışıb. Layihə çərçivəsində xeyli sayda irəliləyişlərin qeydə alındığını, istər məktəblilərin, istərsə də Bölmə alimlərin tədqiqatlara göstərdikləri həssas yanaşmadan bəhs edib. Savadlı, intellektual gənc nəslin formalaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən akdemik İsmayıl Hacıyev cəmiyyətin inkişafında elm və təhsilin, ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb. Muxtar respublikanın bütün təhsil müəssisələrində yaradılan hərtərəfli şəraitdən söz açaraq bildirib ki, elm və təhsilə göstərilən qayğı tədris prosesinin yaxşılaşdırılmasına, yeni-yeni layihələrin icrasına, uğurların əldə olunmasına başlıca səbəbdir. “Sabahın tədqiqatçıları” layihəsi də elmi potensialı artırmaqla yanaşı, gənc nəsildə mütəxəssislərlə işləmə bacarıqları formalaşdırır, gələcək peşə seçimlərinə müsbət təsir göstərir. Bu baxımdan layihə gələcək tədqiqatçıların yetişməsində xüsusi əhəmiyyət kəsb edir, onların yaradıcı düşünməsinə, istedadlarını inkişaf etdirməyə əlverişli şərait yaradır. Öyrənilən bir sıra biliklərin həm fərdi, həm də qrup şəklində tətbiqinə imkan verir
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsinin icraçısı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova 2021-2022-ci tədris ilində “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlər və qazanılan uğurlar barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bu tədris ilində 24 elmi rəhbərin və 37 şagirdin iştirakı ilə 28 layihə işlənib hazırlanıb. Beynəlxalq səviyyəli müsabiqələrdə şagirdlər 36 I dərəcəli diplom və medala, 1 şagird III dərəcəli diplom və medala, 3 şagird müxtəlif konfranslarda sertifikatlara layiq görülüb.
Diqqətə çatdırılıb ki, “Sabahın alimləri” layihəsində isə 7 şagird 4 layihə ilə iştirak etmiş, 3 layihə beynəlxalq qurumların mükafatlarına layiq görülüb.
Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində şagirdlərin elmi yenilik və təcrübi vərdişlərə yiyələnmələri üçün müşahidələr aparmağın və onların nəticələrini ümumiləşdirməyin yollarından və layihə çərçivəsində görülən işlərdən bəhs edən videoçarx izlənilmişdir.
Sonra “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları apardıqları tədqiqat işləri barədə məlumatlar vermiş və təcrübələr aparmışlar. Layihə iştirakçılarının layihələri böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda layihə iştirakçılarına və onların elmi rəhbərlərinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin diplomları təqdim olunmuşdur.Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların, xüsusən də yeni təlim metodlarının və layihələrin tətbiqi üçün geniş imkanlar açmışdır. Qeyd olunmuşdur ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsinə və inkişafına, eləcə də şagirdlərin elmi axtarışlara sövq edilməsinə yönəlmiş bir sıra layihələr də tətbiq olunur. Bu layihələrdən biri də “Sabahın tədqiqatçıları” layihəsidir.