• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün625
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5437
mod_vvisit_counterBu ay50591
mod_vvisit_counterÜmumi2934730

Tarix: 26 Dek., 2024

“STEAM Azərbaycan” layihəsinin beynəlxalq təcrübəli təlimçiləri STEAM dərslərini tədris edən müəllimlər üçün təlim keçiblər

Son illərdə dünya təhsil sistemində ən mühüm təhsil metodu kimi aktuallıq  qazanan STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir.
STEAM tədris edən müəllimlərin  XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə innovativ texnologiyalardan istifadə qabiliyyətinin yüksəldilməsi üçün  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təlimlər təşkil olunur. Heydər Əliyev adına tam orta  məktəbdə  yaradılan  STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək  400-ə yaxın müəllim bu sahə üzrə təlimlərə cəlb olunub. Təlimlər   çərçivəsində müəllimlərə layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər verilir. Bu tədbirlərin davamı olaraq “STEAM  Azərbaycan” layihəsinin  beynəlxalq təcrübəli təlimçiləri tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində   STEAM dərslərini tədris edən müəllimlər üçün rayonlarda təlim təşkil olunub.
Təlim müddətində müəllimlərə STEAM təhsilinin mahiyyəti və sadə modellərin hazırlanması, mikro:bit mövzusuna giriş, micro:bit modulu və kodlaşdırma, micro:bit vasitəsilə müxtəlif layihələrin hazılanması, arduino texnologiyası, arduino vasitəsilə müxtəlif layihələrin hazırlanması, “Sistem nəzəriyyələri”  öyrədilir.Təlimlər “STEAM  Azərbaycan” layihəsinin  əməkdaşları Təranə İbrahimli, Abduləziz İbrahim, Ülkər Mirzalıyeva, Elməddin Musayev  tərəfindən keçirilir.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında təşkil olunan təlimlərə ümumtəhsil məktəblərindən STEAM dərslərini tədris edən 150-ə yaxın müəllim cəlb olunub.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg