İyunun 10-da İstanbul Aydın Universiteti, STEAM Təhsili Tətbiq və Araşdırma Mərkəzinin direktoru Devrim Akgündüz, univeristetin Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru Orhan Gölbaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusundakı beynəlxalq elmi-praktik konfransında iştirak etmək üçün muxtar respublikaya səfər ediblər. Səfər çərçivəsində Devrim Akgündüz və Orhan Gölbaşı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədovla görüşüb.
Görüşdə təhsil naziri Rəhman Məmmədov qonaqları salamlayıb, onları konfransda iştirakları üçün təşəkkürünü bildirib. Təhsil naziri qonaqların diqqətinə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində hətta ən ucqar yaşayış məntəqələrində belə 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilərək istifadəyə verilib. Məktəblərdə müasir sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, elektron lövhəli siniflər, STEAM kabinələri, kitabxanalar, idman zalları yaradılaraq şagirdlərin ixtiyarına verilib. Bildirilib ki, təhsil müəssisələri inşa olunarkən müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına da xüsusi diqqət yetirilir. Elə bunun nəticəsidir ki, bu gün muxtar respublikanın ümumtəhsil müəssisələrində sürətli internetə çıxışı olan 5700-dən artıq kompüter və 650-dən çox elektron lövhə quraşdırılıb. Təhsilin inkişafına göstərilən qayğı, yaradılan şərait təhsildə yeni təlim metodlarının, innovasiyaların, o cümlədən də STEAM təhsil metodunun tətbiqinə geniş imkanlar açıb. STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan muxtar respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Bu günə kimi
106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Bu təhsil müəssisələri zəruri təlim avadanlığı və inventarlar ilə, eyni zamanda kompüterlər,
3D printerlər və elektron lövhələrlə, mikrobit, arduino setləri, STEAM üçün öyrədici elektron komponentlərlə təmin edilib. Bunun nəticəsində də 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Hazırda 4-cü layihə olaraq əlavə
50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Bu günədək 400-ə yaxın müəllim STEAM təlimlərinə cəlb olunub. Hazırda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur.
Qeyd olunub ki, görülən işlərin nəticəsi olaraq naxçıvanlı şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
Diqqətə çatdırılıb ki, iyunun 11-də Naxçıvanda ilk dəfə “STEAM Təhsil Festivalı” da keçiriləcəkdir. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq festivalda 640 şagird 204 layihə ilə,84 tələbə isə 58 layihə ilə iştirak edəcək.
Devrim Akgündüz və Orhan Gölbaşı Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər. Qonaqlar “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfransda iştiraklarından məmnunluğunu bildiriblər.
Qonaqlar təmsil etdikləri Aydın Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında STEAM təhsili ilə bağlı birgə əməkdaşlığın mümkünlüyünü də qeyd ediblər. Gələcəkdə STEAM tədris edən müəlimlər üçün birgə təlimlərin keçirilməsi, Türkiyədə və Naxçıvanda keçirilən festivallarda hər iki tərəfin şagird və tələbələrin iştirakının təmin olunması ilə bağlı müzakirələr aparılıb.