İyunun 14-də muxtar respublikanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə çıxış edənlər təhsilə göstərilən dövlət qayğısından danışaraq bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsil infrastrukturu yaxşılaşdırılıb, təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Muxtar respublikanın hər bir bölgəsində ən ucqar yaşayış məntəqələrində belə müasir məktəb binaları ən yeni avadanlıqları ilə təmin olunaraq şagirdlərin ixtiyarına verilib. Şagirdlər onlar üçün yaradılan müasir tədris şəraitindən yararlanaraq hərtərəfli biliyə malik bir vətəndaş kimi formalşıblar.
Qeyd olunub ki, ümumtəhsil məktəblərində tətbiq edilən müasir təlim metodları, o cümlədən STEAM təhsil metodu şagirdlərin gələcəyin xususi qabliyyət və istedada malik, yaradıcı, yenilikçi və təşəbbüskar, şəxsiyyət kimi formalaşmasına şərait yaradıbdır. Artıq şagirdlər də dövlətimizin yaratdığı müasir tədris şəraitindən istifadə edərək öz bilik və bacarıqlarınızı artırmaqla yanaşı buraxılış və qəbul imtahanlarında da ildən-ilə uğurlu nəticələr əldə edirlər
Diqqətə çatdırılıb ki, cari tədris ilində ümumi orta təhsil bazasından 4187, tam orta təhsil bazasından isə 2990 şagird məktəbi bitirir. Bu tədris ilində ümumtəhsil məktəblərini bitirən 2990 məzundan 2848-i, yəni məzunların 95.3 faizi ali və orta ixtisas təhsil müəssisələrinə qəbul üçün sənəd verib.
Məzunların diqqətinə çatdırılıb ki, bu gün muxtar respublikada təkcə ümumtəhsil məktəblərində yox, eyni zamanda peşə, orta ixtisas, ali təhsil müəssisələrində də gənclərin hərtərəfli biliklərə yiyələnməsi üçün müasir tədris şəraiti yaradılıb. Onlar gələcək fəaliyyətlərində də muxtar respublikada gənclərə göstərilən diqqət qayğıdan yararlanaraq bu müəssisələrdə təhsillərini davam etdirərək müxtəlif peşələrə yiyələnərək ölkəmiz üçün layiqli bir vətəndaş kimi formalaşacaqlar.
Tədbirlərdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Məktəblərin məzunları müəllimlərə minnətarlıq edərək hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər.
“Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.