• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün695
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5507
mod_vvisit_counterBu ay50661
mod_vvisit_counterÜmumi2934800

Tarix: 26 Dek., 2024

Muxtar respublika məktəbliləri arasında ilk dəfə keçirilən SASMO beynəlxalq riyaziyyat olimpiadasında 73 şagird qalib olub

İyunun 23-də SASMO beynəlxalq riyaziyyat olimpiadasında qalib olan məktəblilərə medal və sertifikatlar təqdim olunub. Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə olimpiadanın qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib. Bildirib ki, əldə olunan uğurlu nəticə muxtar respublikada  təhsilə göstərilən  dövlət qayğısının, yaradılan  müasir tədris şəraitinin nəticəsidir.
Təhsil naziri bildirib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada şagirdlər hərtərəfli biliyəyiyələnməkləyanaşı buraxılış və  qəbul imtahanlarında da  yüksək nəticələr göstərirlər.Muxtar respublika məktəbliləri arasında keçirilən olimpiadaların əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, şagirdlərin biliklərinin inkişaf etdiriməsində olimpiadaların böyük əhəmiyyəti var. Olimpiadaların keçirilməsi xüsusi istedadlı  uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə  olan marağın artırılmasında onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində mühüm rol oynayır. Olimpiadalarda iştirak şagirdlərdə  ozünə inam hisslərini gücləndirir. Bu məqsədlə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  şagirdlərin olimpiadalarda iştirakı  diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, 2021-2022-ci tədris ilində 2000-dən çox  şagird Muxtar Respublika və Respublika  Fənn Olimpiadalarında, Fənn müsabiqələrindəiştirak edib.
Muxtar Respublika və Respublika  Fənn Olimpiadalarında, həmçinin Lütfi Zadə adına məntiq olimpiadasında 20 şagird qızıl, 35 şagird gümüş, 30 şagird isə bürünc medala layiq görülüb. Fənn müsabiqələrində isə 2 şagird qızıl, 3 şagird gümüş, 5 şagird bürünc medal qazanıb.
Vurğulanıb ki, cari tədris ilində “Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası”nda və  “Amerikan Beynəlxalq Riyaziyyat müsabiqəsi”ndə 3062 məktəbli iştirak edib. Onlardan   29-u qızıl, 52-si gümüş, 80-nı  isə bürünc medala layiq görülüb.
Rəhman Məmmədov bildirib ki, cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası da  keçirilib. Bu olimpiadanın keçirilməsində məqsəd şagirdlərin  riyaziyyat fənninə marağınıartırmaq olub. SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün  muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən  297 şagird qeydiyyatdan keçib.Onlardan 73-ü bu olimpiadada qalib olub.
Təhsil naziri SASMO beynəlxalq riyaziyyat olimpiadasında uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi Aparatının  sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti  və təşkilarti işlər barədə məlumat verib.
Şərur  Şəhər Fizika –Riyaziyyat Təməyüllü Liseyin XI sinif şagirdi    SASMO beynəlxalq riyaziyyat olimpiadasında I yerin qalibi,gənc istedad Nicat Əlizadə muxtar respublikada şagirdlər üçün yaradılan  müasir tədris şəraitinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətarlığını bildirib.
Tədbirdə medal və sertifikatlar şagirdlərə təqdim olunub.
Qeyd edək ki, SASMO beynəlxalq riyaziyyat olimpiadasında5 şagird   qızıl, 14 şagird  gümüş, 54 şagird isə  bürünc medala layiq görülüb, digər iştirakçılara isə sertifikatlar verilib.
Sonda xatirə şəkili çəkilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg