Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. STEAM təhsil metodunun ümumtəhsil məktəblərində tətbiqinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub. İyunun28-də şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay Məktəbi”nin açılış tədbirində təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Sərəncamdan qısa müddət keçməsinə baxmayaraq 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub. Hazırda 4-cü layihə icra olunur. Əlavə olaraq 50 ümumtəhsil məktəbində də kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Hazırda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi də qurulur.
Rəhman Məmmədov diqqətə çatdırıb ki, cari tədris ilində Naxçıvanda ilk dəfə olaraq “STEAM təhsili: reallıqlar və perspektivlər” beynəlxalq elmi-praktik konfrans və şagird və tələbələrin iştirakı ilə “STEAM Təhsil Festivalı” keçirildi. STEAM təhsilinin muxtar respublikada qısa müddətdə tətbiq edilməsinə baxmayaraq festivalda 640 şagird 204 layihə iləiştirak etdi. Bunlar isə muxtar respublikada STEAM təhsilinin uğurlu tətbiqinin əsas göstəriciləridir.
Nazir qeyd etmişdir ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə 28-30 iyun 2022-ci il tarixlərdə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM Yay Məktəbi”nə start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən “STEAM Yay Məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
Təhsil naziri “STEAM Yay Məktəbi”nin iştirakçılarına uğurlar arzulamış, müəllimlərə təlimlərin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlar vermiş, təhsildə innovasiyaların tətbiqi üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
STEAM üzrə təlimçi müəllim Ceyran Məmmədova “STEAM yay məktəbi” haqqında məlumat verərək bildirib ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 20 ədəd notebook, 5 ədəd 3D printer və çap materialı, 10 ədəd ardino və 20 ədəd mikro:bit dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılmışdır.
Qeyd olunmuşdur ki, STEAM yay məktəbində şagirdlərə tədris prosesində innovativ bir qurğu kimi öyrədilən 3D printerlərin işləmə prinsipi, prototiplərin çap olunması və Tinker Cad proqramında isə eskiz layihələr, müxtəlif fiqurlardan modellər hazırlamaqla şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqları daha yaxşı mənimsəyəcək. Eyni zamanda mikrobit və arduino blokları ilə kodlaşdırmanin aparılması, layihələrin hazırlanmasında alqoritmin qurulmasını müxtəlif STEAM layihələrini təcrübə yolu ilə tətbiq etməklə öyrənəcəklər.
STEAM təlimçisi Fuad Babayev qeyd edib ki, STEAM yay məktəbinin proqramina uyğun olaraq şagirdlərə Humanoid robot, Qdee starter və makeblock mbot təhsil dəstlərinin kodlaşdırmasi və funksiyalarınin idarə olunması izah olunacaq, proqramlaşdırdiqlari robotlarla əyləncəli yarışmalar təşkil olunacaq. CNC-də isə müxtəlif materiallar üzərində kəsmə, oyma əməliyyatlarının yerinə yetirilməsi, layihə konstruksiyalarının hazırlanması şagirdlərə çatdırılacaq. Sonda şagirdlər qdee starter və makeblock mbot robotları ilə hazırlanan futbol və basketbol robot yarışlarını təqdim ediblər.
Qeyd edək ki,“STEAM Yay Məktəbi”ndə şagirdlər mikro: bit və arduino blokları ilə alqoritmik düşüncə və məntiq, proqramlaşdırma mövzularını öyrənməklə, nəzəri biliklərini praktikada tətbiq edəcəklər. Yay məktəbində robot proqramlaşdırması, robot texnologiyaların tədqiqində mikro: bit və arduino bloklarının kodlaşdırılması praktik tətbiqlərlə izah olunacaq. Proqrama həmçinin Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək üçün sənədli filmlərin nümayişi də daxildir.