28-30 iyul 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM Yay Məktəbi”nə yekun vurulub.
“STEAM Yay Məktəbi”nin yekun tədbirində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Qeyd olunub ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM Yay Məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır.
Bildirilib ki, “STEAM Yay Məktəbi”ndə ümumtəhsil məktəblərindən ümumilikdə 50-yə yaxın məktəblinin iştirakı təmin olundu ki, bu da həmin şagirdlərdə STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndirilməsinə şərait yaradıb.
Qeyd edək ki, 3 gün davam edən “STEAM Yay məktəbi”ndə Təhsil Nazirliyi tərəfindən tədris mövzularına uyğun olaraq hər gün səhər idmanı ilə günə başlayan şagirdlər yeməkdən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak etmiş, birinci gün Humonoid robot texnologiyası ilə tanış olmuş, MakeBlock mBot və Qdee starter təhsil robotlarının kodlaşdırılmasıüsullarını öyrənmiş, ikinci gün Mikro:bit blokları ilə layihələrin kodlaşdırılması,Mikro:bitlə əyləncəli və intellektual oyunların və layihələrin hazırlanmasında iştirak etmiş,sonuncu gün isə onlara Arduino platforması ilə layihələrin kodlaşdırılmasıdərsləri tədris olunmuşdur. Dərslər bitdikdən sonra şagirdlərin dünyagörüşünün formalaşması üçün əyləncəli intellektual oyunlar keçirilmişdir. Bunlarla yanaşı şagirdlərin istirahət vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman oyunları təşkil olunmuş, hər gün sənədli filmlərin nümayişi şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Təlimi uğurla başa vuran şagirdlərə “STEAM Yay Məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatlar verilib. Sonra şagirdlərin hazırladıqları layihələrin təqdimatı keçirilib. Şagirdlər qrup şəklində hazırladıqları layihələr haqqında məlumat veriblər.
Sonda xatirə şəkli çəkilib.