• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün692
mod_vvisit_counterDünən2257
mod_vvisit_counterBu həftə5504
mod_vvisit_counterBu ay50658
mod_vvisit_counterÜmumi2934797

Tarix: 26 Dek., 2024

Ateltika Federasiyasının idmançıları mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar.
Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 6 ay ərzində idmançılarımız iştirak etdikləri ölkədaxili və beynəlxalq turnirlərdən 16 medal qazanıblar. Qazanılan uğurlu nəticələr muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmançılarımız daim uğurlu nəticələr əldə edir, Naxçıvan idmanını layiqincə təmsil edirlər. Hazırda idmanın inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Həmçinin, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Məktəblərdə 205 idman klubu yaradılıb ki, bu klubların məqsədi şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılmasına, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsinə, istedadlı idmançıların üzə çıxarılmasına xidmət etməkdir. Rəhman Məmmədov vurğulayıb ki, federasiyada məşqçi və idmançı bazası formalaşdırılıb. Xüsusilə, məşqçilərin formalaşdırılması, onların tədris etdiyi idman növləri üzrə ixtisaslaşdırılması federasiyanın başlıca məqsədi idi. Bu gün görülən, aparılan işlərin bəhrəsidir ki, federasiyanın məşqçiləri peşəkar şəkildə formalaşıb, hazırladğı idmançılar  ölkə səviyyəli yarışlarda uğurlu nəticələr əldə edirlər.
Federasiya sədri diqqətə çatdırıb ki, 6 ay ərzində idmançılarımız  ölkə səviyyəli yarışlarda  9-u qızıl, 3 gümüş, 4-ü isə bürünc olmaqla  16 medal qazanıb. Bu 8-i iyun ayında əldə edilib. Bu, federasiya tarixində ən uğurlu nəticədir. Əldə edilən bu nailiyyətə görə məşqçilərə təşəkkür edən Rəhman Məmmədov deyib ki, qazanılan bu uğurlarla kifayətlənmək olmaz. İndi qarşıda keçiriləcək yarışlara, turnirlərə ciddi hazırlaşıb uğur qazanmaq və beynəlxalq turnirlərdə nəticələr əldə etmək lazımdır.
Sonra Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov qazanılan uğurlar barədə məlumat verib, məşqçi və idmançıların fikir və təklifləri dinlənilib.
Ardınca cari ilin ilk 6 ayında uğur qazanan məşqçi və idmançılar mükafatlandırılıblar. Nəticələrə əsasən, idmançılardan Aysu Babayeva, Əmrah Nağıyev, Həsən Babayev, Zeynəb Babayeva, Zülfiyyə Süleymanova və Səkinə Əliyeva, məşqçilərdən isə Şəfi Hüseynov, Abbas Bağırov və Samil Hüseynov təltif olunublar. Federasiya sədri Rəhman Məmmədov tərəfindən onlara təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Sonda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov yaradılan şəraitə görə federasiyanın məşqçiləri və idmançıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg