Artıq neçə müddətdir ki, muxtar diyarımızın bir çox xəbər saytlarında, videobloqerlərin şəxsi sosial şəbəkələrində yayımlanan “Bir gəncin uğur yolu”, “Naxçıvanlı tələbə Amerikanın ən nüfuzlu ali təhsil ocağında oxumaq hüququ qazanıb”, “O, yurdumuzun qürur mənbəyidir” başlıqlı sərlövhələr bir çoxları kimi, mənim də diqqətimi çəkirdi. Həmin yazılardan öyrəndim ki, mövzuların əsas qəhrəmanı 14 nömrəli tam orta məktəbin məzunu Vəli Mustafasoydur. Qəlbində böyük Vətən eşqini, elm-irfan həvəsini, öyrənmək, öyrətmək amalını yaşadan, “mənsub olduğun xalqın ədəbiyyatını, incəsənətini, tarixini, milli-mənəvi dəyərlərini öyrənmək Vətənə xidmətin bir digər adıdır”, – deyən bu gəncimiz yüksək təqaüdlə Amerika Birləşmiş Ştatlarının Miçiqan Universitetində təhsil almaq hüququnu qazanıb. Elm yolundakı kövrək addımlarını qətiyyətlə atan gənc qəhrəmanımız Vəli Mustafasoyla biz də yaxından tanış olduq, onun dünyanın ən qabaqcıl ali təhsil ocağında oxumaq hüququnu əldə etməsi üçün keçdiyi zəhmət yolunun, necə deyərlər, kiçik tarixçəsini dinlədik.
İstedadlı gəncimiz söhbətimizə, ilk əvvəl, özü haqqında, məktəb illərindəki müvəffəqiyyətləri barədə danışmaqla başladı:
– Hələ ibtidai sinifdə oxuduğum illərdən etibarən çoxcildli ensiklopediyaları, roman və bədii ədəbiyyat nümunələrini mütaliə etməyə başlamışdım. Kitab oxumaq bir hobbi deyil, vərdiş də deyil, kitab oxumaq mənim timsalımda bütün gənclərimiz üçün bir mənəvi tələbat olmalıdır. Mənim üçün daha çox astronomiya, coğrafiya, fizika kimi sahələr böyük maraq kəsb edirdi. Çünki həyatımızın bir çox sahələrində sadaladığım bu elmlərin müstəsna rolunun olduğunu yaxşı bilirdim. Anam həmişə uşaqlıq illərimi mənə xatırladaraq deyir ki, bizlərə ünvanladığın sualların əksəriyyəti də məhz bu istiqamətlərdə olurdu. Daim axtarışda olmağın, araşdırmağın, yeni mövzuları mənimsəməyə cəhd göstərməyin insan həyatındakı rolu əvəzolunmazdır. Mən günümün müəyyən hissəsini dərs oxumaqla keçirirdimsə, geri qalan hissəsini də, qeyd etdiyim kimi, mütaliə edir, sosial şəbəkələrdə mənə faydası olacaq videomateriallar izləyirdim. Məqsədimdə olan ali təhsil ocaqları içərisində bir neçə universitet var idi ki, onlara da qəbul son illər təhsil arenasında daha çox vüsət alan IELTS imtahanları ilə həyata keçirilirdi. Bu imtahanların tədris qaydası da, məlum olduğu kimi, yalnız xarici dil bilməklə, ən əsası isə ingilis dilini dərindən mənimsəməklə tətbiq olunur. Bir tələbə kimi illərdir, çəkdiyim zəhmətin, yuxusuz gecələrimin, valideynlərimin, müəllimlərimin mənim üçün yaratdığı imkanların nəticəsini maksimum 9 ballıq IELTS imtahanında 8 bal nəticə göstərməklə, SAT imtahanından maksimum 1600 bal üzərindən 1480 bal toplamaqla doğrultmağa nail oldum. Bütün ailəmizin, məktəbimizin dəyərli müəllim-tələbə kollektivinin simasındakı xoşbəxtlik, mənə qürur dolu baxışları, təbii ki, illərdir, çəkdiyim bu zəhmətin ən gözəl nəticəsi idi. Uşaqlıq illərimdən bəri qəlbimdə daşıdığım arzuma, diləyimə qovuşmuşdum, bəli, mən artıq Amerikanın ən nüfuzlu ali təhsil ocaqlarından birinin tələbəsi idim. Hərdən yoldaşlarım mənə sual verirlər ki, nəyə görə ölkə hüdudlarından kənarda təhsil almaq səni bu qədər özünə cəlb edir? Mən isə düşünürəm ki, Vətənini, yurdunu, doğma el-obanı xaricdə təbliğ etməyin, tanıtmağın nəyi pisdir ki? Mən qazandığım bu elm yoluna həm də Vətənə xidmət vasitəsi kimi baxıram. Yaxşı dərk edirəm ki, mənsub olduğun xalqın ədəbiyyatını, incəsənətini, tarixini, milli-mənəvi dəyərlərini öyrənmək Vətənə xidmətin bir digər adıdır. Düzdür, təhsil alacağım illər ərzində öz doğma elimdən, ən əsası isə öz doğma dilimdən ayrı düşsəm də, mən ana dilimi heç zaman unutmaram. Çünki düşdüyüm mühitdə nə qədər xarici dildə danışsam da, öz daxili dünyamdakı dilim doğma ana dilim olacaq, özüm-özümlə yalnız bu dildə danışacağam...
Uğur hekayələrinin qəhrəmanları fərqli-fərqli insanlar olsalar da, onların getdiyi yol gərgin zəhmətdən, yuxusuz gecələrdən, öyrənmək, oxumaq, daim axtarışda olmaq məramından keçir. Bir də həmin hekayələrin qəhrəmanları, adətən, müvəffəqiyyət qazanmaq üçün bir sahəni özlərinə hədəf seçərək o yolda səylə çalışırlar. Müsahibimizin şagirdlik illərindəki zəhməti yalnız elm sahəsində özünü doğrultmayıb, o həm də idman sahəsində bir neçə uğura imza atıb:
– Uşaqlıq illərimdən atamın məni idmana sövq etməsi, hesab edirəm ki, bu istiqamətdəki uğurlarımın başlıca meyarıdır. Bu yolu qət etmiş gənc kimi demək istəyirəm ki, insanda bir sahəyə olan marağın bünövrəsi uşaqlıq illərindən qoyulur, bu maraq ona valideynləri tərəfindən də aşılana bilər, ətraf mühit tərəfindən də. Ən əsası odur ki, insanın görüb-götürdüyü, özünə ideal seçdiyi hər bir addım gələcəyinə və bu gününə fayda verən məşğuliyyət olsun. Atamın məni idmana yönəltməsi sayəsində bu sahədə də anlayışlarım formalaşdı, sağlam bədən sağlam düşüncənin məhsuludur, – deyib böyük səbirlə idmanın sirlərini qavradım. Bu mənim nə dərsimə mane olurdu, nə də məqsədimə. Düzdür, hədəfim idmançı olmaq deyildi, amma bu istiqamətdə də fəallıq göstərməyim mənim sağlamlığıma faydalı olduğu kimi, həm də zamanımı səmərəli keçirməyə kömək edirdi. İdman sahəm olan kikboksinq üzrə bir çox diplomlara, medallara layiq görülmüşəm, o cümlədən Gürcüstan Respublikasında keçirilən Qafqaz yarışında üçüncü yerin qalibi olmuşam. Onu da qeyd edim ki, 10-cu sinifə qədər keçirilən bütün sınaq imtahanlarında məktəbimiz üzrə birinciliyi qoruyub saxlamışam, 9-cu sinifdə oxuduğum dövrdə isə Azərbaycan dili fənnindən keçirilən Naxçıvan Muxtar Respublikası olimpiadasında üçüncü yerin qalibi olmuşam.
Müsahibimiz Azərbaycan təhsil sahəsinə bir qədər yad olan seçdiyi Sivil mühəndisliyi ixtisası barədə də məlumatı bizimlə bölüşdü:
– Hər birimizə məlumdur ki, daim yenilənən, inkişaf edən dünyada daha prestijli və əlverişli ixtisasların yaranması zəruri hala çevrilib. Hətta mütəxəssislərin qənaəti belədir ki, rəqəmsal dövrün bu qədər sürətli inteqrasiyası gələcəkdə bir çox ixtisasların, peşələrin ortadan qalxmasına səbəb olacaq. Hansı ki həmin peşələr artıq yeni dünya mühitinin tələblərinə cavab verməyən, bir az da mübaliğəli desək, passiv ixtisas sahələridir. Lakin mənim seçdiyim, nəinki Azərbaycanda, dünyanın bir çox regionlarının praktikasında yeni bir yanaşma olan Sivil mühəndislik və ya mühəndislik ixtisası gələcəkdə bir sahələrdə karyera qurmağımızda bizə kömək edəcək. Mənim diqqətimi daha çox bu ixtisasa daxil olan Yol-nəqliyyat mühəndisliyi çəkir. Bir qədər ağır məsuliyyət, optimal yanaşma, yüksək mühəndis baxış bucağının imkanları bahasına qazanacağımız bu sahəyə inanıram ki, gələcəkdə Azərbaycanda da böyük tələbat olacaq. Bu mənada, bir nüansı diqqətinizə çatdırım, təkcə bu faktı bilmək kifayət edər ki, sivil mühəndislər həyat dövrünün hər mərhələsində baş verən qiymətləndirmələrin bir hissəsi kimi mühəndis iqtisadiyyatının oynadığı rolu tanımaq üçün təlim almalıdırlar. Bu təlim tədris dövrünün, necə deyərlər, başlıca amillərindəndir.
Böyük Qərb psixoloqu, həkim-nevroloq Ziqmund Freyd özünün məşhur psixoanaliz nəzəriyyəsində bir vacib mətləbə toxunaraq yazır ki, hər bir sahədə uğur əldə edən, daim ilk olmağa can atan kişinin arxasında ona inamı sonsuz olan bir qadın obrazı – Ana dayanmaqdadır. Gənc müsahibimiz Vəlinin həm müəllimi, həm də valideyni olan Zamilə xanımın onun həyatındakı rolu inkaredilməzdir. Müsahibimiz deyir: “Vəli ilk dil açanda belə işlətdiyi sözlər, cümlələr ancaq suallar idi. Onun hələ körpəlikdən hər şeyə olan marağı, daim öyrənmək meyli gələcəyi haqqında bizə çox şeylər vəd edirdi. Yazıb-oxumağı mənimsədikdən sonra isə artıq kitablar oxuyur, araşdırır, yeniliyə can atır, daim nə isə öyrənmək istəyirdi. Xatırlayıram ki, orta məktəbin birinci sinfinə daxil olarkən Vəli artıq bir çox kitab mütaliə etmişdi. Həm valideyni, həm də fizika müəllimi kimi deyərdim ki, 15 illik pedaqoji fəaliyyətimdə Vəli dərs zamanı məni ən çox sıxışdıran şagirdlərdən olub. Hər dəfə sinifdə şagirdlərimə “kimin nə sualı var?” dedikdə, bilirdim ki, Vəli istər mövzu barəsində, istərsə də ona maraqlı gələn başqa bir istiqamətdə sual ünvanlayacaq. Etiraf edim ki, bəzən onun suallarına cavab verə bilməyəcəyimdən ehtiyat etdiyim anlar olub. Vəli ikinci sinifdə oxuduğu illərdən xaricdə oxumaq arzusunda idi. Bu məqsədini də hər dəfə dilə gətirirdi. Biz ailə üzvləri olaraq ona daim dəstək göstərmişik, o da bütün məsuliyyəti öz çiyinlərinə götürərək müvəffəqiyyət qazanıb, bizi sevindirib. Bir valideyn üçün ən böyük xoşbəxtlikdir ki, övladının qazandığı nailiyyət ona başucalığı gətirə. Arzu edirəm ki, bütün gənclərimiz Vətənimizi hər yerdə layiqincə təmsil etsinlər. Həm bir müəllim, həm də valideyn kimi dövlətimizin göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm”.
Bir bağban üçün illərdir, zəhmətin çəkdiyi bağı bar gətirib onu necə sevindirirsə, valideyn üçün də övladının nailiyyəti onun sevincidir, başucalığıdır, qürur mənbəyidir. Bu gün gənclərimizin bir çoxu Vətənimizi hər bir sahədə uğurla təbliğ edir, onun inkişafına, nurlu gələcəyinə öz töhfəsini verirlər. Tezliklə gənc qəhrəmanımız – Amerikanın ən nüfuzlu ali təhsil ocaqlarından birində təhsil alacaq. Vəli Mustafasoy başda olmaqla elm ümmanında qətiyyətlə irəliləyən bütün gənclərimizə müvəffəqiyyətlər arzu edirik...
Məcid RƏŞADƏTOĞLU